İsti yay fəslində sifətdəki ləkələr həm çoxalır, həm də yeniləri əmələ gəlir. Sifət üçün müxtəlif maskalar var, amma maskaların təsir mahiyyətini öyrənib sonra istifadə etmək lazımdır. Maskanı heç vaxt birdən-birə sifətə çəkməyin, çünki əks təsirləri, allergiyası ola bilər və sifətə fayda əvəzinə zərər vermiş olarsınız. Soda limon maskası sifətin mühitini qələvi mühitə çevirərək dəridəki ləkələrə, sıznaqlara, səpgilərə çox effektli təsir edə bilir. Ümumiyyətlə, bu maska həm də bədəndə əmələ gəlmiş ət xalları, ziyillər, günəş ləkələri üçündə faydalıdır. Maskadan 5-6 dəfə istifadə etdikdən sonra sifətdəki ləkələr azalmırsa inad edərək istifadə etmək lazım deyil, deməli ləkələr daxili maddələr mübadiləsinin pozulmasına görə əmələ gəlib daxildən müalicə olunmalıdır.
Hazırlanması: 1 xörək qaşığı sodanın üstünə limon sıxılır, bildiyimiz xəmir kimi olanda (təxminən 2 çay qaşığı qədər limon şirəsi) sifətə dairəvi formada çəkilir, 10 dəqiqə saxlanılır, sonra yuyulur, təmizlənilir, qurudulur və nazik qatla kakao və ya jojobo yağı çəkilir. Maska 2 gündən bir edilməlidir. Birinci istifadə əl üzərinə edilməlidir, əgər dəridə qızartı çox quruluq, qırışlar əmələ gəlibsə istifadə etmək olmaz. Ziyil və kondiloma üstünə belə edə bilərsiniz, deməli plastr üstündə ziyilin ölçüsü boyda dəlik açın, dəriyə yapışdırın, elə edin ki ziyil görünsün üstünə hazırladığımız maskadan noxud boyda qoyub üstünə yenə plastr yapışdırıb 2 saatdan sonra təmizləmək lazımdır. Bunu ziyillər, xallar və kondilomalar tam keçənə qədər etmək lazımdır. 
(2,577 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.