Bir gün 10-15 qurbağa dərin quyu kənarında oturub quyuya baxırdılar. Birdən güclü axan su bu qurbağaların çoxunu quyuya salır az bir hissəsi kənarda qalır və quyuya baxaraq orda olan qurbağalara deyirlər ki, quyu çox dərindir çıxmaq şansınız sıfıra bərabərdir, taleyinizlə barışıb ölümə hazırlaşın. Quyudakı qurbağalar heç nə etmədən elə quyudaca ölürlər, amma bir qurbağa özünü ora bura vuraraq quyudan çıxa bilir, kənardakı sağ qalan qurbağalar bu qurbağanın başına toplaşaraq quyudan necə çıxması barədə çoxlu suallar verirlər, amma bu qurbağa hamının suallarına nə, nə deyə cavab verir, çünki bu qurbağa kar idi.

Əslində çox örnək götürüləcək bir misaldır. Bu gün – “bu xəstəliyin çarəsi yoxdur” – deyib nə qədər insanları diri-diri öldürürük, elə deyilmi?.

(2,302 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.