Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir. Deməli 6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.

5-10 yaşlı uşaqlar gündə 1 stəkan 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər. Xatırladım ki, qarışım öskürək əleyhinə çox təsirli bir vasitədir, qarışım immun sistemin gücləndirilməsi üçündə yaxşı vasitədir.

(2,086 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.