Dəstəmaz (abdəst) almağın faydaları

dəstəmazın faydaları

Hörmətli dostlar, artıq cəmiyyətimizdə gündən günə ibadət əhlinin artmasının şahidi oluruq, əlhəmdülilləh.

İnsanlarımız hər namazdan öncə abdəst alır, bəlkə də bəziləri bunun artıq olduğunu və ya adi bir əl-üz yuma olduğunu düşünürlər.

Amma şanı Uca Allah biz insanları heç vaxt artıq yüklə yükləməz. Onun bizə məsləhət gördüyü hər əməldə mütləq fayda vardır.

Abdəst müsəlmanın gündə ən azından 5 dəfə namazdan əvvəl əl, üz, qollar və ayaqlarının yuyulmasıdır. Abdəst alanda orqanizm mənfi ağırlıqlı yükdən təmizlənir. Abdəst zamanı dəriyə dəyən soyuq su onun gərilib-açılmasına səbəb olur, bununla da sanki dəri masaj olunur, dərialtında toplanmış qanın qovulmasına səbəb olur. Abdəst zamanı qulaq seyvanına dəyən su xüsusilə insanın əhvali- ruhiyyəsinə müsbət təsir göstərir. Abdəst zamanı buruna alınan su həm burun dəliklərini mikroblardan təmizləyir, həm də qrip viruslarına yoluxmanın qarşısı alınır.

Dəstəmazın faydaları

Dəridə, əsasən də hava ilə təmas edən nahiyələrdə – əllərdə, qulaqda, boyunda və s. nahiyələrdə olan mikroblar hər 3-4 saatda artıb çoxalır və yuyunan zaman mikroblardan təmizlənmə baş verir.

Abdəst zamanı bədəndən uzaq bölgələrin – əllərin və ayaqların yuyulması dərialtı limfa və qanın dövranını sürətləndirir, onların dəri altına toplanmasına mane olur, bununla da qan və limfa damarlarının daha düzgün və nizamlı işləməsini təmin edir.

Bədənimiz hava ilə təmas etdikdə və sintetik tərkibli paltarlar geyindikdə daha çox elektriklənməyə məruz qalır. Bu zaman əsəbilik, səbirsizlik və dəri həssaslığı kimi hallar əmələ gəlir. Bəzən dəmir əşyaya toxunanda yüngül elektrik vurması kimi hal baş verir, bunun qarşısını almaq üçün gündə 4-5 dəfə əlləri və ayaqları yumaq lazımdır.

Alimlərin araşdırmalarına görə düzgün abdəst alan insanların ürək, qan-damar və əsəb sistemləri daha yaxşı çalışır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.