Allergiya üçün təbii vasitələr

Allergiya

Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə allergenlər çoxaldığına görə (çünki süni iplərdən toxunmuş paltarlar, sintetik yeməklər və kimyəvi tərkibli yuyucu vasitələr gündən-günə artır) allergik xəstəliklər də artır. Allergiya deyəndə ilk növbədə ağıla bədəndə səpgilər və qaşınma gəlir. Onlar allergiyanın ilkin əlamətləridir, lakin bunlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.

Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün nələr etməlidir? Xəstəliyin qarşısını almaq üçün illərin sınağından çıxmış üsullardan istifadə etmək olar. Həmin üsulların biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də istifadə edilə bilər.

Allergiyanın Udi hindi ilə müalicəsi

Udi hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübədə 10-15 il allergiyadan, yəni səpgilərdən əziyyət çəkən xəstələrin udi hindi qəbul edərək sağalması müşahidə olunub. Hazırlanma qaydası: gündə 3 dəfə 1 çay qaşığı udi hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. (və ya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir) Prosedur ildə 2 dəfə yaz və payız aylarında 2 ay müddətində aparılır.

Keçibuynuzu meyvəsi

Allergiya baş vermişsə, dərman axtarmağa tələsmək lazım deyil. 6-7 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.

Qara zirə toxumu

Orqanizmdə ehtiyat qüvvə sayılan helper hüceyrələrinin miqdarını çoxaldır, allergenlərə qarşı müqaviməti artırır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı  Qara zirə yağı qəbul edilir. Qarazirə demək olar allergiyanın bütün növlərində istifadə edilir. Qarazirə yağı və ya toxumu ilə müalicənin müddəti yoxdur, yəni gündə 2 dəfə səhər axşam yeməkdən 1 saat əvvəl qəbul eilməsi həmişə davam edə bilər. Əgər gündə 3 dəfə qəbul edilirsə onda 2 aylıq istifadədən sonra ən azı 1 ay fasilə verilməlidir.

Yatıqqanqal

Kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilərdə mükəmməl vasitədir. 2 xörək qaşığı yatıqqanqal 1 stəkan suda dəmlənir və səpgilərin üzəri dəmləmədə isladılmış pambıqla silinir. Daha bir üsul: 100 qram yatıqqanqal 500 qram zeytun yağında günəş işığı altında (və ya adi çay dəmləmələri kimi yağ qaynamadan, 1 saat qızdırılır. 10 gün saxlandıqdan sonra süzülür. Əldə edilən yağla dəridə olan səpgilər silinir, həmçinin diatezlər zamanı istifadə olunur.

Gülümbahar + boymadərən + güldəfnə qarışığı

Deməli 3 stəkan suya böyük adamlar üçün yuxarıda saydığım bitkilərin hərəsindən 1 orta xörək qaşığı (7 yaşndan yuxarı uşaqlar üçün 1 çay qaşığı) qarışdırıb dəmləməli gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içmək lazımdır.

Allergiya zamanı yatıqqanqal otu başqa bitkilərlə kombinasiyalı şəkildə daxilə qəbul edilə bilər məsələn.

Biyan kökü

2 xörək qaşığı 600 ml suda (3 stəkan)  5 dəqiqə qaynadılandan sonra içinə 1 qram mumya tökülür və həll edilir, soyuducuda saxlanır və hər gün səhər acqarına 200 qram içilir. İldə 4 dəfə hər fəslin başlanğıcında 15 gün qəbul edilir.

Səhər tezdən 1 diş sarımsaq yeyilib üstündən 1 xörək qaşığı rafinə olunmamış zeytun yağı içiləndə allergik prosesləri ləngitmək olur. Prosedur 1 həftə aparılır, 1 həftə fasilə verildikdən sonra təkrar edilir. Bu müalicəni 3 ay etmək olar.

Bal qaymağı

Hər gün 1 çay qaşığı bal qaymağı (zabrus) yeyilməsi allergiyanı əhəmiyyətli dərəcədə azaldır. Bunu bal məhsullarına qarşı allergiyası olmayanlar edə bilər.

Hicama (hacamat)

Allergiya üçün ən faydalı üsullardan biri də hicamadır, allergiyası olanlar əgər qan azlığı, təzyiqin aşağı olması, qan duruluğu yoxdursa hər iki aydan bir 8-10 banka  hicama etdirə bilərlər. Hicama allergik tutmaların və allergiya gedişini zəiflətmək üçün olduqca faydalı bir müalicədir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.