Angina nədir? Anginanın təbii çarəsi

Angina nədir Anginanın təbii çarəsi

Nəzərə alsaq ki, angina (tonzillit) – boğazgəlmə ən çox rast gəlinən xəstəliklərdən biridir, onda verəcəyim resept yerinə düşmüş sayılar. Hələ peyğəmbərimizin (səlləlləhu aleyhi vəsalləm) zamanında şişmiş boğaz ətləri üstündən basılaraq müalicə olunurdu. Belə üsul qanaxma kimi ciddi ağırlaşmalara səbəb olduğundan peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) onu qadağan etmiş və boğazgəlməni udi hindi ilə müalicə etməyi məsləhət görmüşdür.

Bir xörək qaşığı udi hindi tozu 3 xörək qaşığı bal ilə qarışdırılır, qarışıqdan gündə 4-5 dəfə boğazın içərisinə və badamcıqların üstünə çəkilir. Mükəmməl bir reseptdir, bir günə belə təsirini göstərir, buna baxmayaraq 4-5 gün istifadə olunması məsləhətdir. Uşaqlara istifadə edən zaman udi hindinin miqdarını bir qədər azaltmaq lazımdır.

Ud hindinin yağı da anginaların müalicəsində çox faydalıdır,  beləki gündə 3 dəfə hər dəfə də 3-4 damcı burun dəliklərinə arxası uzanıqlı vəziyyətdə tökülməlidir ki, yağ boğaza qədər çatsın, bu müalicəni  1 ay edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.