Boyun, bel və oynaq ağrıları üçün reseptlər

boyun bel ağrıları

Oynaq ağrıları üçün bir neçə reseptlərimiz olsa da bu reseptlər də çox praktik və özünü doğrultmuş reseptlərdir.

1. Ud hindi tozu – 50 qram
Rafinə edilməmiş zeytun yağı – 250 qram

Bunları bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, sobanın (otopleniyanın) üstündə 1 həftə saxlayıb süzmədən istifadə edə bilərsiniz. Bu yağla ağrıyan oynaqları, boyunu və beli gündə 2 dəfə yüngül masaj edib, üstünə streç klyonka örtüb 2-3 saatdan sonra klyonkanı açıb götürün, açdıqdan sonra həmin nahiyyədə yağın sovrulduğunu görəcəksiniz. Oynaqları yumşaltmaq, elastiləşdirmək, ağrıları götürmək üçün əla bir vasitədir.

2. Spirt – 250 qram
Yod – 30 qram
Sarımsaq – 2 baş

Sarımsağı soyub, ət maşınından keçirib, hamısını bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, 15 gün qaranlıq yerə qoyub gündə bir dəfə qarıışdırın. 15 gündən sonra isə istifadə edə bilərsiniz. Məhluldan gündə 1-2 dəfə azca ələ töküb, ağrıyan oynaqlara sürtüb yüngül masaj edin. Çox güclü bir ağrıkəsici xüsusiyyəti vardır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.