Depressiya və panik atak tutmalarına qarşı kompleks müalicə

depressiya

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və  epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7  nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar : baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma , nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər  ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır. 

Panik atak tutmaları və depressiya əleyhinə bir sıra bitkilər vardır ki, həmin simptomların azaldılmasında  yardımçı olur: ballınanə ( melissa) , çobanyastığı, yarpız, pişikotu, maya sarmaşığı , damotu, yunan lavandası və s.  Belə bir qarışımlardan istifadə etmək olar : ballınanə – yunan lavandası; vəya  pişikotu – damotu. Bu qarışımlardan birini götürülür, hər bitkidən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edib 5 dəq qanadılır 30 dəq  dəmlənilir. Daha sonra süzərək gündə 3 dəfə və hər yeməkdən 30 dəqiqə  öncə 1 stəkan içilir. Ancaq bu bitkilərdən hazırlanmış müalicələr xəstəlikdə demək olar ki, 30% effekt verəcəkdir. Çünki panika xəstəliyi zamanı kompleks müalicə tətbiq olunmalıdır.

Quranla müalicə

İnsan cism və ruhdan ibarətdir. Bitkilərlə biz ancaq cismimizin müalicəsini aparırıq. Ruhumuzun qidası isə Quran ayələrini dinləməkdir. Panik tutmalı xəstələrə daxili əminlik və rahatlıq lazımdır ki, yenə də Qurandan başqa heç nə bu rahatlığı verə bilmir.   Gündə 15-20 dəqiqədən başlayıb, sonda gündə 2 saat olmaq şərtilə səhər 1 saat, axşam 1 saat müddətində gözlər yumulu vəziyyətdə gözəl şəkildə oxunan bir Quranı başdan axıra qədər dinlənməlidir.   Ruqyə oxunan zaman ürək sıxılma, əllərin və ya ayaqların titrəməsi, boğulma, qorxu, qəribə sözlər danışmaq və s. hallar ola bilər. Bu hallara dözərək ruqyə dinləməyə  davam etmək lazımdır.Bu əvvəl-əvvəl yorucu olsa da birazdan xəstə həzz almağa başlayır, özünü əmin, arxayın, əvvəlkindən qat-qat daha rahat hiss edir. Uca Allah buyurur: “Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. (əl-İsra, 82); “De ki: “O, iman gətirənlərə hidayətdir və şəfadır”. (Fussilət, 44).   

Hormonal balans

Daha sonra hormonal balansa diqqət etmək lazımdır. Məsələn: bir insanda tsh hormonu yüksəlmişsə , bu insan qaranlıqdan , hündürlükdən, tənhalıqdan, qapalı yerlərdən – liftə minməkdən qorxacaq. Və bu hallar  tədricən depressiv hallara doğru daşıyacaqdır. Bu xəstəlik müalicə olunanda gərginlik azalır. Tsh yüksəkliyi zaman ud hindi müalicəsi ala bilərsiniz. kompleks müalicədə  hicama müalicəsi də tətbiq edilməlidir. Hicama gərginlik və psixoloji ağırlığın aradan qaldırılması üçün faydalı bir müalicədir. Hicama mülicəsi başdan 5 ədəd kürəkdən 8 ədəd olmalıdır.  Daha sonra isə müalicənin əsasında xəstəyə ilk öncə özünü kontrol etməyi öyrətməkdir. Atak zamanı oturmalı və ya uzanılmalı bunun qorxulu bir hal olmadığını və keçəcəyini düşünmək lazımdır.  Panika halını yüngülləşdirmək və rahatlamaq üçün çalışın yavaş və dərindən nəfəs alasınız .  Üzücü, həyəcanlandırıcı hadisələdən və mübahisələrdən uzaq olun.  Müalicə zamanı məqsəd panika hallarının sayını və şiddətini azaltmaqdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.