Gələcəyin ağıllı insanı

ağıllı insan

Zaman keçdikcə insanlar sağlamlıqlarına daha ciddi yanaşmağa başlayırlar, bu daha çox inkişaf etmiş dövlətlərdə özünü biruzə verir. Məsələn Avropada apteklərdə təbii dərmanların satışı kimyəvi dərmanların satışından 2-3 dəfə çoxdur və bu rəqəm getdikcə artmaqda davam edir. Ağıllı insanlar ağzına qoyduğu hər bir tikəyə diqqət etməli, yediyi hər bir ziyanlı vasitə gələcəkdə bir fəsad verməsini göz önünə almalıdır. Ağıllı insan sağlamlığını tək yemək vasitələri ilə yox, həm də gündə gəzməyinə vaxt ayırmalı, bunu bir vərdiş halına salaraq həm gündə 1-2 saat gəzməli, gəzməklə paralel açıq havadan bədən üçün lazımlı D vitaminini təbii şəkildə almalı, dəri üçün vacib olan ultrabənövşəyi şüaları almalıdır. Daha sonra gündə 1-2 litr çiy suyunu içməli, özünü əsəbləşməkdən və əsəblərə səbəb ola biləcək vasitələrdən uzaq olmalıdır. İnsan düşünməlidir ki, gecə yatmaq üçün gündüz işləmək üçündür. (bəzi insanlar tərsinə edir, bu da əsəb pozulmasına səbəb olur) Gecə yuxusu zamanı bədən tam istirahət edir, xoşbəxtlik hormonlarının istehsalı çoxalır, həyat düzəninə fikir vermək, düzgün, tərbiyəli övladlar yetişdirmək gələcəkdə bizim xoşbəxt yaşamağımızın əsasını qoyan vacib amillərdəndir.

Xoşbəxt yaşamaq üçün həm də Allahın qoyduğu əməlləri yerinə yetirmək bizim mənəvi cəhətdən qidalanmağımızı təmin edir. Bədən tək maddiyatdən qidalanarsa onda mənəviyyat ölər, belə insanların daxilindəki narahatçılıq həmişə problem yaradacaqdır. Etdiklərimiz hər bir günah əməllər qəlbimizə qara nöqtələr salacaq və bu qara nöqtələr bizi heç vaxt rahat buraxmayacaq, qara nöqtələr böyüdükcə narahatlıqlarımız da artacaq, bunlar bizi o vaxta qədər narahat edəcək ki, bizlər etdiyimiz əməllərə tam peşman olub sidq ürəkdən tövbə etməyək. Əmin yaşamaq lazımdır, baş verən hər bir hadisənin Allahdan olduğuna inanmaq, qədərə inanmaq bizim əmin yaşayışımızın banisidir. Həcəmət sanki insanın maddiyyəti ilə mənəviyyatının ortasındakı bir qapıdır, çünki həcəmət maddiyyatla paralel mənəviyyatıda rahatlaşdırır. Ağıllı insanlar vaxtlı vaxtında həcəmət etdirməklə demək olar bütün orqanlarının normal qidalanmasını təmin edərlər, həcəmətlə ağrısız, əsəbsiz rahat bir həyata nail olacaqsınız, həcəmət ağıllı insanların müalicəsidir, çünki müalicə vaxtı orqanizm heç bir ziyan görmür, kimyəvi dərmanlar kimi bədənin müxtəlif nahiyyələrinə depolanmır, əks təsirləri yoxdur. Tam həcəmət prosedurunu aldıqdan sonra insanın daxilindəki ağırlıq götürülür, özündə bir yüngüllük əmələ gəlir, hətta insan istəsə belə əsəbləşə bilmir. Həcəmət cism ilə ruhun birgə müalicəsidir. 

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.