İdmançılar üçün Qüvvət məcunu

idmançı məcun

İdmançıların dopinq testdən keçə bilmədiyi hallar və ya qızıl medal almasına baxmayaraq dopinq qəbul etməsi səbəbindən qalibiyyətinin ləğv olunması haqda hər kəs eşidib. Hər bir idmançı bunları bilir və bununla mübarizə aparmaq haqqında fikirləşir. Orqanizmin gücünü 10 dəqiqədə səfərbər etmək üçün təbii vasitələrdən istifadə etmək olar.

İndi hər bir idman zalında dəyişik proteinlər, amin turşular və s. satılır və bunun insan orqanizminə ziyanı olmadığı haqqında məlumatlar verilir. Unutmayın, bunlar rafinə olunmuş zülallardır, son qramı belə orqanizmə sorulur. Bəzi insanlar fikirləşərlər ki, nə yaxşı ki, hamısı sorulur. Əslində isə elə deyil, orqanizmin tələbatından artıq protein qəbulu orqanizmdə mübadiləni və tarazlığı pozmaq deməkdir. Pozulmuş mübadilənin dalınca bir sıra xəstəliklər, əsasən də ürək-qan-damar xəstəlikləri gəlir.

Bəs nə etməli? İnsan orqanizminin təbii bioresurslarını aktivləşdirmək üçün təbii məcunun hazırlanma qaydasını sizinlə bölüşürəm. Bu məcun insanı gümrahlaşdıran güclü enerji mənbəyidir. Bütün idmançılarımız yarış öncəsi 1 ay bu məcundan istifadə etsələr, həm formada olarlar, həm də dopinq testindən rahat keçərlər. Başqa anabolik preparatlardan fərqli olaraq insanda nəsil artırmada problem törətmir, əksinə sonsuzluqdan əziyyət çəkənlər üçün də çox faydalıdır, çünki spermada hərəkətli hüceyrələrin miqdarını artırır, cinsi istəyi gücləndirir. Uzun sürən xroniki xəstəliklərdən sonra, əməliyyat olunmuş xəstələrin bədənlərini qüvvətləndirmək üçün bu məcundan istifadə oluna bilər.

Tərkib hissələri qarışdırılır və alınan məcundan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yeyilir.

Diqqət: Yüksək təzyiqdən əziyyət çəkənlərə istifadəsi qadağandır.

Lazım olan ərzaqlar:

  • Çiçək tozu (toz halında) – 50 qram
  • Güləm (toz halında)– 50 qram
  • Jenşen kökü (toz halında) – 50 qram
  • Arı südü – 20 qram
  • Udi-hindi (toz halında) – 30 qram
  • Zəncəfil kökü (toz halında) – 30 qram
  • Şabalıd balı – 1 kq.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.