Kosmetikanın zərərləri və təhlükəsi

kosmetikadakı təhlükə

Bu günkü günümüzdə həm qadınlar həmdə kişilər müxtəlif kosmetika vasitələrindən istifadə edirlər.  Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli yada süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Əvvəlcə bunu nəzərinizə çatdırım, elə bilməyinki, bahalı kosmetik məhsullar faydalıdır bu reklama aldanıb nəinki dərinizi bütün bədəninizi təhlükəyə atmayın. Bu gün müvəqqəti gözəl görünmək üçün bu məhsulların içinə o qədər kimyəvi qatqılar qarışdırılırki, bunlar vücudumuza zərərsiz ötüşə bilməz. Bütün kosmetik vasitələr aşağıdakı saydığım kimyəvi qatqı maddələrindən ya hamısından yada yarsından istifadə edirlər. Kosmetik vasitələrin gözəl parlaq, canlı, su tutucu nəmləndirici, günəş şüalarını sındırıcı, bronzlaşdırıcı, yumşaldıcı, təravətləndirici, aromatlaşdırıcı,  rəngləyiciləri, vaxtlarını uzatmaq üçün tərkibindəki stabilizatorların və sairələrin hamısı kimyəvi maddələrdirlər onlar dəriyə çəkildikdən sonra dəri vasitəsilə bədənə sorulmağa başlayır, belə maddələrin çoxusu bədən tərəfindən xaric oluna bilmirlər orqanizmdə depolanaraq xərçəngdən tutmuş bütün sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar. 

  • 1. Rəngləyicilər. Kosmetik vasitələrin daxilindəki rəngləyicilərin demək olar hamısı sintetik mənşəlidirlər. Belə rəngləyicilər ya matlaşdırıcı ya bronzlaşdırıcı yada parlaqlıq effektləri verməkdərilər. Rəngləyicilər saç boyasında, sifət dodaq makiyajlarında günəş kremlərində və sairələrə qarışdırılır. Ümumdünya səhiyyə təşkilatında bunla insan dərisi və sağlamlığı üçün olduqca təhlükəli sayılmaqdadırlar. Allergiya səbəb olmaqda, dəridən sorularaq bədəndə sərbəst radikalların artmasına daha sonra isə xərçəng və sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar. Daha çox rəngləyici kimi titaniumdioksid maddəsindən istifadə olunuki, bu maddə nano texnologiya üsulu ilə alınmış maddədir təsiri günəş şüası ilə təbii qaynaqları parçalayaraq korbonoksid və suya parçalanır yəni dəriyə çəkdikdə dərini zaman zaman parçalmağa başlayırlar, ən təhlükəlisi isə budurki, bu hissəciklər o qədər baacadırlar ki, dəridən sorulduqdan sonra hüceyrənin içinə girə bilir hüceyrəninin genetik quruluşunu belə pozurlar. 
  • 2. Alminium hidrooksid. Bu maddə kosmetikalara bronzlaşdırıcı (yəni kölgəni sındırma makiyajları) effekt verməkdədir həddindən çox allergendir dünyanın bir çox dövlətlərində qadağan olunmuşdur, dəridən sorularaq daha çox beyin toxumasında toplanırlar, bronzlaşdırıcılardan çox istifadə edən xanımlarda yaddaşsızılıq doğulan uşaqların iflic doğulmasına səbəb olur. 
  • 3. Formaldehit. Formaldehit kosmetik vasitələrə qoruyucu yəni saxanılma müddətini uzatmaq üçün və aromatlaşdırıcı kimi istifadə edilir, sələfləri kimi oda həddindən çox allergendir, allergik rinit, göz qızarması, astma bronxit xəstəliyinə səbəb ola bilir,  dəridən sorularaq mədə şirəsi ilə reaksiyaya girdikdə konserogen maddə əmələ gətitirirki, sonunda xərçənglə nəticələnən xəstəlik əmələ gətirir. Formaldehit həmdə çox güclü dezinfeksiyaedicidir. 
  • 4. Silikon. Daha çox makiyajlard istifadə edilir bunun istifadəsini belə təsəvvür edin sanki dəriyə salafan yapışdırıb yaşayırsınız. Dərinin nəfəsalmasının qarşısını alır, dərinin təbii təravətini öldürür. 
  • 5. Oksibenzon. Günəş kremlərində istifadə edilən qatqı maddəsidi, dəridən çox asanlıqla qana keçə bilən bir maddədir qadınlarda endomerioz, uşaq düşməsi və doğulan uşaqların normadan kiçik doğulmasına səbəb ola bilir. 
  • 6. Paraaminbenzoat turşusu. Sifətnəmləndiricilərdə və günəş kremlərində istifadə edilir. Dəri xərçənginə səbəb olması sübut edilmişdir. 
  • 7. Ftalat. Yumşaldıcı kimi parfüm, lasyon saç laklarında istifadə edilir. Qadınlarda süd vəzisi şişlərinə səbəb ola bilir, yetkinlik yaşına çatmamış qız uşaqlarında süd vəzilərinin inkişafının qarşısını alır. 
  • 8. Sink oksid. Müxtəlif kremlərin və şampunların tərkibində büzüşdürücü və göbələk əleyhinə qatqı maddəsi olaraq istifadə edilir. Dərini büzüşdürücü bir təsiri olduğundan dəridə qaşınmalara dərinin qalınlaşmasına səbəb olur.
  • 9. Daha sonra SLS və paraben kimi maddələr şampunlara, yuyucu vasitələrə, əl şampunlarına vurulur. Bunların ziyanlı təsirləri bütün dünya alimləri tərəfindən təsdiq edilmişdir. Hər ikisi dərini qıcıqlandırmaqla bərabər həmdə allergendir, dəridən sorularaq sisem xəstəliklərinin əmələ gəlməsini sürətləndirirlər. 

Ümumiyyətlə 500 qədər maddələrdən istifadə edilməklə kosmetik vasitələr hazırlanır bunların hamısını yazmaq yorucu olardı, məncə elə bu məlumatlarda bəs edər ki, insan öz bədənin qayğısına qalsın özünü müvəqqəti  gözəlliyə qurban verməsin. Bu yerdə rəhmətlik nənəmin sözü yadıma düşdü deyərdi ki,  o vaxtkı xanımlar axşamdan sifətlərinə təbii xama çəkərmişlər, başlarını təbii gil ilə yuyarmışlar belə getsə  o dövrə qayıdacağıq.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.