Bananla kəsmik qarışığı

banan kəsmik

Bu qarışımın saymaqla bitməyən faydaları vardır, həm uşaqlar həm böyüklər üçün olduqca faydalı bir qidadır, çox dadlıdır hətta kiçik uşaqlar belə həvəslə yeyə bilir. Qarışımın çox faydalı olması üçün yaxşı olar kənd südünü çürüdüb (bunun üçün südə qatıq və ya limon duzu qarışdırmaq kifayətdir) süzüb bananla qarışdırasınız.

  • Uşaqlar üçün gündə 1 ədəd banan 2 xörək qaşığı kəsmik böyüklər üçün isə 2 ədəd banan 5 xörək qaşığı kəsmiyi bir birinə qarışdırıb ac qarına yemək lazımdır, sümük inkişafı, kalsium çatışmazlığı üçün mükəmməl bir qarışımdır, bu məqsədlə uşaqların hər gün yeyilə biləcək qidası olmalıdır, bu qarışım insanın əhval ruhiyyəsini yüksəldir, insanın sinir oyanıqlığını azaldır, ürək, əzələ zəifliyi üçün faydalıdır, yorğunluğu götürür əsəb sakitləşdirici təsir edir, kişilər üçün faydalıdır çinsi istəyi çox artırır (hətta qoz fındıqdan belə qüvvətlidir), klimaks keçirən xanımların hər gün istifadə edəcəyi qida olmalıdır çünki bu dövrdə kalsium itkisinin və çox tərləmənin qarşısını alır.
  • Xərçəng xəstələri bu qarışımdan hər gün istifadə etməlidirlər qarışım başdan başa antioksidant mənbəyidir, bədən mühitini təbii şəkildə qələviləşdirir.
  • Görməni yaxşılaşdırır, qəbizlik və babasildən əziyyət çəkənlər üçün faydalıdır.
  • Qan azlığından əziyyət çəkənlər bu qarışıma 1 çay qaşığı bal qarışdırıb yesələr əla təsirini görəcək. Məktəbli uşaqların bu qarışımdan yeməsi hafizələrinin itiləşməsinə, yaddaşın güclənməsinə səbəb olur.
  • Hamilə xanımlar üçün çox faydalıdır, xatırladım ki, hamilə xanımların minerallara tələbatı daha yüksəkdir, bu qarışım mineral itkisinin yerini doldurmaq üçün əla bir vasitədir.
  • Qastrit, kolit, böyrək iltihabı zamanı bu qarışımın yeməkdən 1 saat əvvəl yeyilməsi və ya yemək əvəvzinə yeyilməsi çox faydalıdır. Həm banan həmdə kəsmik çox tez sorulan qidalardır bu xüsusiyyətlərinə görə arıqlamaq istəyən insanlar üçün çox faydalıdır, bu məqsədlə istifadə olunduqda gündə 1 dəfə yemək əvəzinə bu qarışımdan yeyilməlidir. Qarışım xolesterini azaldır, əzələ qıcolmasının qarşısını alır. Sonda Şəkər xəstələri bu qarışımdan az-az istifadə etməlidirlər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.