Dadlı və faydalı süfrə duzu

süfrə duzu

Süfrədə həmişə duzdan istifadə olunur, amma bəzən duzun çoxluğu orqanizmə ziyan vurduğu üçün tərəddüd içində qalırıq. Sizə tövsiyə etdiyim reseptlər əsasında hazırlanmış duzdan istifadə etsəniz, yeməkləriniz həm dadlı olacaq, həm də faydalı.

  • Qarazirə meyvəsi əvvəlcə yaxşı-yaxşı qurudulur və qəhvəüyüdəndə üyüdülür, bərabər miqdarda xörək duzu ilə qarışdırılır.
  • Cirə və ya zirə toxumu yenə də qəh-vəüyüdəndə üyüdülür, bərabər miqdarda duz ilə qarışdırılır.

Bu duzları salatlarda, xörəklərdə, ümumiyyətlə, duzun işləndiyi bütün yerlərdə istifadə edə bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, həm də çox ləzzətli olur.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) duz haqqına belə yazmışdır: “yeməkdən əvvəl və sonra ağzınıza 1 çimdik duz alın. Yeməkdən əvvəl ağıza alınmış duz mədə şirəsini artırır və qidanın yaxşı həzm olunmasına şərait yaradır“ Yeməkdən sora ağıza atılmış bir çimdik duz isə ağızı sulandırır, mədə, mədəaltı vəz və öd ifrazını artırdığından yediyimiz yeməklər daha yaxşı həzm olunur və köp yaratmır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.