Kista, polip, mioma, düyün və mastopatiyalardan əziyyət çəkənlər üçün məsləhətlər

kista

Bu barədə hissə-hissə olsa da yazılarım var, indi daha geniş və bütün məsləhətləri bir yerdə yazıram. Deməli belə bir problemi olan insanlar müalicəyə başlamazdan əvvəl bədən sağlamlıqlarına fikir verməli, əvvəlcə hicama (həcəmət) etdirməli, sonra orqanizmin mühitini qələviləşdirməlidirlər. Bunu belə etmək lazımdır, təzə tərəvəz yeməkləri artırılmalı, mövsüm meyvələri bol yeyilməli, göyərtilərdən hər yeməkdə istifadə etməli, bol çiy su içilməlidir (yağış suyu olsa çox yaxşı olar), hər gün 2 saat açıq havada gəzmək lazımdır, bütün bunlarla yanaşı müalicələrə başlamaq olar. Saydığım bütün xəstəliklərin müalicələri bu günkü tibbdə fərqli fərqli olsada xalq təbabətində demək olar eyni müalicələrdir. Yaxşı olar müalicəyə başlamazdan əvvəl 2 ədəd fikus dibçəyi alıb evinizə qoyasınız və yaxşı-yaxşı qulluq edəsiniz, sonuncu mərhələdə yarpaqları bizə lazım olacaqdır.

1. Məcun üçün lazım olanlar:

  • Zəncəfil – 40 qram
  • Ud hindi – 50 qram
  • Qarazirə – 50 qram
  • Novruz şaxtagülü – 20 qram
  • Qoz arakəsməsi – 50 qram
  • Çiçək tozu – 50 qram
  • Propolis – 30 qram
  • Bal – 1.5 kq

Deməli bitkiləri qəhvə üyüdəndə (kofemolkoda) üyüdüb toz formasına salmaq lazımdır, bal ilə yaxşı-yaxşı qarışdırıb qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır. Xatırladım ki, bu məcundan həm kişilər, həm də qadınlar istifadə edə bilərlər. Məcun qurtarana qədər yeyilməlidir, dadından xoşlanmayanlar 1 çay qaşığını yarım stəkan ilıq suya qarışdırıb içə bilərlər.

2. Ərküdə (qadınotu)

Ərküdənin həm meyvəsindən, həm də kapsulalarından istifadə edə bilərsiniz, amma meyvələrin dəmlənilməsi daha yaxşı nəticələr verir. Ərküdə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib yeməkdən yarım saat əvvəl içmək lazımdır. Ərküdə meyvəsindən yalnız qadınlar istifadə etməlidirlər, çünki ərküdə qadın hormonlarını normallaşdırır. Ərküdə 4 ay içilməlidir adət zamanlarında 4 gün fasilə verilməlidir.

4 ay məcun və ərküdə ilə müalicədən sonra fikus yarpaqlarını dərin qurudun, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib için, bunu 1-2 ay edin. 1-2 aydan sonra özünüzü yoxlatdıra bilərsiniz. Xatıladım ki, fikus yarpaqlarını da yalnız qadınlar istifadə etməlidirlər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.