Qara zirənin faydaları

qara zirə çörək otu

Qara zirənin tərkibində prostat vəz xərçəngi, uşaqlıq, bağırsaq, mədəaltı vəz xərçəngi kimi xəstəliklərə faydalı olan timoquinon adlı maddə tapılmışdır. Qara zirədən daimi istifadə edənlərdə qan təzyiqi normadan yüksəlmir, onun qəbulu hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırır, qanda yüksək xolesterini aşağı salır, həmçinin epilepsiya tutmaları 3 dəfəyə qədər azalır. Qara zirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı, məsələn, yağını gündə 3 dəfə içdikdə və saç diblərini masaj etdikdə həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qara zirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və eyni zamanda daxilə qəbul edilir.

Qara zirə çox güclü antioksidant olduğundan yeməkdən əvvəl 1 çay qaşığı yağının içilməsi arıqladıcı təsir göstərir. Haymorit, frontit zamanı qara zirə yağına pambıq batırılır və burun dəliyinə qoyulur, eyni zamanda 1 xörək qaşığı yağ, 1 stəkan suda qaynadılır, başa dəsmal örtülüb buxara verilir.

Qara zirə necə istifadə olunmalıdır?

Yaxşı olar ki, 200 qram qara zirə üyüdülüb 1 kq bal ilə qarışdırılsın, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilsin. Bu üsul qara zirədən istifadə etmənin ən faydalı üsuludur. Daha bir üsul: gündə 3 dəfə, hər dəfə 1 çay qaşığıüyüdülmüş  toxum ağıza qoyulur və üstündən su içilir. Qara zirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir. Bu da çox faydalı üsuldur, həm də bədəni qurdlardan təmizləyir. Amma yağa qara zirənin tam tərkibi keçmir.

Başqa bir üsul: qara zirə üyüdülür, 1 çay qaşığı üyüdülmüş toxum 1 stəkan qaynar suya qarışdırılır və 1 çay qaşığı bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Başqa bir üsul: 1 çay qaşığı qara zirə 1 stəkan suda 20 dəqiqə dəmlənir və yeməkdən əvvəl içilir.

Qara zirədən hamiləlik zamanı istifadə etmək olmaz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.