Təbii pendir mayası – faydaları və hazırlanılması

təbii pendir

Günlər keçdikcə, nemətlər artıqca sanki ağzımızın dadı da gedir, sənayeləşmə bizləri ağuşuna almış apardıqca aparır, hara gedirik özümüzdə bilmirik, bildiyimiz odurki, xəstəliklər cavanlaşmış çarəsi olmayan xəstəliklər çoxalmış, cavan ölümləri artmışdır. Bu gün elə bir dövrdə yaşayırıq ki, ağzımıza qoyduğumuz hər bir tikəni düşünməliyik, əgər bu gün biz düşünməsək, sabah gec olsa səbəbi özümüzdə axtarmalıyıq. Gündəlik ərzaq məhsullarından biri də pendirdir, təəssüflər olsunki, kəndlərimizdə belə pendir süni hazırlanılmış mayalarla mayalanır, amma bizlər bu pendiri təbii pendir bilib yeyirik. Bu gün insanlarımızın beyni, təfəkkürü düzgün çalışmağı bacarmalıdır ki mən nə yeyirəm və bunu yeyəndən sonra nə ola bilər. Məsələn çox yox 20 il bundan əvvəl demək olardı ki süni mayalar yox idi, hamı təbii mayadan istifadə edirdi.

Təbii maya nədir və üstünlükləri nədir.

Təbii maya qoyun keçi və buzovun birinci qat mədəsidir (buna xalq arasında qursaq deyirlər) bu mədənin daxili qat-qat şəklində olur, bunu hər heyvan kəsiləndə görmək olar. Əgər heyvan nə qədər balacadırsa onun qursağı bir o qədər təsirlidir, yəni daha çox südü mayalaya bilir. Deməli qursaq duzlanılır və havada qurudulur, sonra yuyulur, təmizlənir, 3 litrlik balonun yarısına qədər su töküb qursaq suya salınır, qursaq həmişə suda saxlanılmalıdır, Pendir mayalayanda 10 litr südün içinə 1-2 çay qaşığı bu sudan töküb südü mayalamaq olar. (Belə də olar:2 litr su götürüb içinə 1 ovuc arpa, 2 xr qaş kəkotu əlavə edin.   5 dəq qaynadın, 30 dəq sonra süzüb , 1 ovuc noxud, 1 ovuc buğda, 2 xr qaş bal  tökün, sonra qursağı əlavə edib saxlayın).Hazırladığınız pendirin südü mütləq təbii süd olmalıdır, mağazadan alınmış südlə hazırlanılmış pendirin probiotiki demək olar yox dərəcəsindədir. Xatırladım ki, bu maya təbii mayadır, bu mayanın içində canlı mikroorqanizmlər var, bu mikroorqanizmlər südün içində artıb çoxalır, biz bu süddən hazırlanılmış pendiri yeyəndə həmin mikroorqanizmlər bağırsaq probiotikləri deyilən bakteriyaların əsasını qoymuş olur, yəni probiotiklərə çevrilir. Əgər bizim bağırsaqlarımızda lazımi sayda probiotik varsa, deməli bizim immunitetimiz lazımi qaydasında olacaq, sonda bizdə sistem xəstəlikləri, şiş xəstəlikləri, allergiyalar virus və mikrob mənşəli xəstəliklər əhəmiyyətli dərəcədə azalacaq və ya olmayacaq. Çalışın çörəyi də, pendiri də özünüz evdə hazırlayın və təbii mayadan istifadə edin. Pendir hazırlayanda pendirin suyunu atmayın, pendir suyu xolesterini azaldır, arıqlamaq istəyənlər üçün mükəmməldir, təbii sakitləşdiricidir, pendir suyundakı zəngin amin turşular və zülallar həm idmançılar, həm də əzələ zəifliyi (iflic keçirmiş insanlar) üçün mükəmməldir, qaraciyər xəstəlikləri (hepatitlər və sirroz) üçün çox faydalıdır, qadınlarda hormonal pozğunluqlar üçün də faydalıdır. Pendir hazırlayanda süzülmüş pendir suyunu soyuducuya qoyun, gündə 1-2 stəkan ac qarına için.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.