Xərçəngdən əziyyət çəkənlərə dəyərli məsləhətlər

xərçəng üçün meyvə şirələri

Mövsümi meyvələr, göyərtilər, tərəvəzlər hər gün bol-bol yemək lazımdır. Yayda gün ərzində 3-4 litr su qışda 1-2 litr çiy su içilməli, yağış suyu olsa əla olar, olmasa adi su da olar. 2 saat açıq havada gezmək lazımdı. Arı məhsulları çox faydalıdır.

Belə bir Məcun yazıram, gündə 3 dəfə yəməkdən yarım saat öncə bir çay qaşığı yəyərsiz.

– Qarazirə, ud hindi, yovşan, çaşır kökü, zəncəfil tozu, çiçək tozu, güləm, propolis hərəsindən 50 qram, bal 2 kq. Üyüdülüb qarışdırlmalıdır.

Hər gün bu salat yeyilməlidir:

Kələm – 200 qram, Kök – 100 qram, Çuğundur – 50 qram, Zeytun yağı rafinə olunmamış – 1 xörək qaşığı, alma sirkəsi 1 çay qaşığı.

Salatı sürtgəçdən keçirib bir-birinə qarışdırın, üstünə yarım stəkan buğdanın cücərtisi əlavə edin, qarışdırıb hər yeməkdən əvvəl bir qab kəpəkli çörəklə yemək lazımdır (Buğda cücərtisi hazırlanma qaydası – hər gün yarım stekan buğda 1 gün suda saxlanılır, sonra boşqaba sərilir, üstünə yaş əsgi qoyulur, 2 gün gözlənilir, sonra yuyulur, istifadəyə hazırdır).

Hər gün yeməkdən əvvəl 1 stəkan Şirə içmək lazımdır:

1-ci gün: kök şirəsi 3 stəkan,

2-ci gün: balqabaq şirəsi 3 stəkan,

3-cü gün: kök + balqabaq şirəsi 3 stəkan,

4-cü gün: kök + çuğundur şirəsi 3 stekan,

5-ci gün: balqabaq + çuğundur şirəsi 3 stəkan,

6-cı gün: alma şirəsi 3 stəkan,

7-ci gün: kərəviz + limon şirəsi 2 stəkan.

Və həmçinin gündə 5 ədəd acı badam yeməlisiniz.

Bütün yazdıqlarımı hər gün edib ondan başqa nə istesəz yeyə bilərsiniz, amma ağ çörək, şəkər tozu (meyvə quruları ilə yaşıl çay içsəniz yaxşı olar) sənaye mehsulları, brolyer toyuğu, kolbasa və sosiskalar, şirniyyatlar bu bütün şirinləşdirilmiş xəmirin hamısına aiddir, YEYİLMƏSİN! Qəti Qadağandır.

Bu xəstəlik zamanı ruh yüksəkliyi ən vacib şərtdir. İnsanda ruh yüksəkliyi olanda xoşbəxtilk hormonunun istehsalı çoxalır.

Hər gün 2 dəfə bel yırtığı ilə bağlı paylaştığım videoya baxın və o hərəkətləri elə həmin hərəkətləri bədənimizə sahib olma və onu idarə etmə kimi faydaları vardır.

Həftədə 2 dəfə oruc tutun, oruclu vaxtı bədən yenilənir.

Gündə 2 stəkan Qafqaz kefiri için, kefiri kənd sütündən özünüz evdə hazırlayın.

Siqaret çekmək isə ağlınızın ucundan belə keçməsin

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.