Zəm-Zəm suyu adi sudurmu?

zəm-zəm

Əvvəlcə Zəm-zəm bulağı haqqında bir araşdırmanın nəticələri, sonra faydaları haqda məlumat verəcəm. Zəm-zəm bulağı Allahın həzrəti İbrahimin zövcəsi Həcər anamıza çölün ortasında bəxş etdiyi bir hədiyyədir ki, indiyədək bütün müsəlmanlar bu sudan faydalanır.

İngilis alimləri belə bir xəbər yayırlar ki, guya Zəm-zəm suyu içməli deyil. Fikirlərini də onunla əsaslandırırlar ki, Ərəb ölkələrində su quyunun dibindən yox divarlarından süzüldüyü üçün onun tərkibi tez-tez dəyişə bilir, (belə deyək birinci qat layarası su olduğu düşünülmüşdür, normalda birinci qat layarası suların tərkibləri tez-tez dəyişə bilir)  bu səbəbdən də belə su içməli deyil. Bundan sonra alimlərə araşdırma aparmaq üçün icazə verilir və quyuya suyu sürətlə çəkən bir motor qoyurlar ki, onu çəkib çıxarsın və sübut edilsin ki, su həqiqətən divarlardan gəlir. Amma motor nə qədər çəkirsə, su azalmır. Sonra motoru dəyişib daha güclüsünü qoyurlar, yenə alınmır, sonra daha nəhəng bir qurğu qoyurlar, lakin quyunun suyunu çəkib bitirə bilmirlər. Sonda belə nəticəyə gəlirlər ki, bu quyu adi quyu deyil, adi quyuda su gözlərdən gəlib quyunu doldurur, amma Zəm-zəm quyusunda quyunun diblərindən su gəlir. Beləcə istəmədikləri halda bu quyunun Allahın bir lütfü olduğunu etiraf etməyə məcbur olurlar.

Zəm-zəm suyunun faydaları

Zəm-zəm başdan-başa şəfadır, bu suyu illərlə saxladıqda belə heç vaxt xarab olmur. Mənim evimdə 10 ildən çoxdur ki, saxladığım Zəm-zəm suyu var, dadını heç dəyişməyib. Çünki Zəm-zəm suyunda mikroblar inkişaf etmir, bakteriyalar və göbələklər yayılıb çoxala bilmir.

Bir gün səhabələrdən biri 30 gün yemək yemədən Zəm-zəm içmək məcburiyyətində qalır və Peyğəmbərimiz (səlləlləhu aleyhi və salləm) bu səhabəni görəndə kökəldiyini deyir, səhabə isə 30 gündür Zəm-zəmdən başqa dilinə heç nə dəymədiyini söyləyir. Peyğəmbərimiz (səlləlləhu aleyhi və salləm) belə buyurur: “Zəm-zəm həm sudur, həm yemək.”

Zəm-zəm suyu bədəni təmizləyir, öd və böyrək daşlarını tökür, əsəbləri sakitləşdirir, Zəm-zəm suyu içənlərin tərlərindən pis qoxu gəlmir, həmçinin baş ağrılarını götürür, mədə-bağırsaq yaralarına sağaldıcı təsir edir. Suyun tərkibində çox miqdarda gümüş olduğundan beynin inkişafına müsbət təsir edir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.