Peyğəmbərimizin ﷺ sağlamlıqla bağlı hədisləri

hədislər

Sağlamlıqla bağlı hədislər davam edir.

Yaralar üçün xına

Rəsulallahın (sallallahu aleyhi və səlləm) zövcələrindən birinə xidmət edən Səlma adında bir qadın rəvayət edir ki: Rəsulallah (sallallahu aleyhi və səlləm) yara gördükdə onun üzərinə xına qoyulmasını əmr edərdi. (Tirmizi 2055)

Ud hindi haqqında

Ümmü Kays Binti Mihsan (Allah razı olsun) rəvayət edir ki: Mən kiçik oğlumla birlikdə Rəsulallahın (sallallahu aleyhi və səlləm) hüzuruna girdim, Həmin vaxtı uşağın boğazı gəldiyindən zəli qoymuşdum Rəsulallah (sallallahu aleyhi və səlləm) belə buyurdu, niyə uşaqlarınızın boğazlarını əllə sıxırsınız və ya zəli qoyursunuz. Uşaqların boğazlarını ud hindi ilə müalicə edin, boğaz ağrısında ud hindi burundan qəbul olunur ağciyər xəstəliklərində isə ağızdan qəbul olunur. Ud hindidə 7 dərdə dəva vardır. (Səhih Muslim 1214)

Sürmənin faydaları

İbn Abbas (Allah razı olsun) rəvayət edir ki: Rəsulallah (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki, İsmid sürməsinə davam edin, İsmid sürməsi sürmələrin ən xeyirlisidir görməni aydınlaşdırır, tökülmüş kiprikləri bitirir. Rəsulallah (sallallahu aleyhi və səlləm) gözlərinə sürmə çəkəndə 3 dəfə sağ gözünə, 2 dəfə sol gözünə çəkərdi. (Tirmizi 1757)

Temperaturun (hərarətin) müalicəsi

Rafi İbn Hadic (Allah razı olsun) rəvayət edir ki: Rəsulallah (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki, hərarət cəhənnəmdən bir atəşdir, atəşinizi soyuq su ilə söndürün. (Tirmizi 2085)

Xəstələndikdə nə yeməli?

Rəsulallah (sallallahu aleyhi və səlləm) xəstəlik zamanı yüngül yeməklər yeyilməsini söyləmişdir beləki xəstəlik zamanı süd, buğda vəya arpa ilə birlikdə qaynadılmış təlbinə şorbasını yeyilməsini məsləhət görmüşdür. Təlbinə, xəstənin qəlbini sakitləşdirir, ağrıların bir qismini götürür. (Tirmizi, Tibb 3. 2040.)

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.