Qadın sonsuzluğu

sonsuzluq

Kişilər ay boyunca testesteron hormonunun təsiri altında olsalar da, qadınlarda vəziyyət tam fərqlidir. Qadınların 15 gün progesteron, 10 gün estrogen, 5 gün isə qarışıq hormonların təsiri altında olması onların həyatını kişilərdən fərqli olaraq daha təlatümlü edir.

Follikul qadınların yumurtalığında yetişir və kiçik kürəciklər formasında olur. Menstruasiya vaxtının ortasına çatanda ən böyük həddə çatır və sonra həmin kürəciklər çatlayır. Bəzi vaxtlarda follikul bir az da böyüyür və follikul kistası əmələ gətirir.

Prosesləri hipofiz vəz idarə edir. Bəzən həmin vəzdə kiçik düyünlər əmələ gələndə ərküdə və güldəfnə toxumlarının hərəsindən 200 qram qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir sonra süzülüb termosa tökülür. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Müalicə proseduru ən azı 3 ay aparılır.

Xəstəliyin yeri

Xəstəlik bəzən hipofizdə deyil, yumurtalıqda ola bilər. Müalicə yumurtalığa da təsir edir, sadəcə hormonları nizamlamaq üçün hərəsindən 100 qram adaçayı, boymadərən və yovşan bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda dəmlənir, yeməkdən 2 saat sonra qəbul edilir. Hər iki çayın dadı acı olduğuna görə zövqə görə bal əlavə etmək olar. Menstruasiya vaxtlarında içmək olmaz.

Bəzən sonsuzluğa qarşı müalicələr aparılsa da, səmərəsi olmur, çünki follikul yetişməsi prosesi davam edir və müalicə zamanı yaxşı nəticə almaq üçün hamiləlik əleyhinə həb içilməsi daha yaxşı nəticə verir.

Follikulların partlaması üçün 3 kq quru ənciri 1 litr rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 ədəd əncir yemək lazımdır.

Borulardan biri tutulanda çox təsirli vasitələrdən biri çilədağ bitkisi ilə tampon qoyulmasıdır. 15 qram çilədağ bitkisi sürtgəcdən keçirilir, tənzifə bükülür və uşaqlıq yoluna yeridilir. Proseduru 1 ay hər gün 2 saat etmək lazımdır. Çilədağ təbiət etibarilə qələvidir və uşaqlıq yoluna güclü stimullaşdırıcı və iltihab əleyhinə təsir göstərir. Tərkibində alkaloidlər çox olduğuna görə onu içmək qəti qadağandır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.