Qəbizlik üçün çarələr

Qəbizlik üçün çarələr

Qəbizlik daha çox oturaq həyat tərzi keçirənlər, heyvani qidalardan çox istifadə edənlər, həmçinin suyu az içənlərdə əmələ gəlir. Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki bağırsaqlar 3 gündən artıq müddətdə işləmirsə zəhərli toksinlər bədənə sorulmağa başlayır. Qəbiz olanların babasil xəstəliyinə tutulma ehtimalı çox olur, onlarda bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər.

Qəbiz olmamaq üçün nələr etməliyik?

Qəbiz olmamaq üçün yeməkdən əvvəl və sonra 1 stəkan çiy su için, yeməkdən əvvəl salat yeməyə vərdiş edin, çalışın salatın içindəki tərəvəzlər bişmiş olmasın, salatlara həmişə rafinə olunmamış zeytun yağı tökün. Ümumiyyətlə, yeməkdən əvvəl içilmiş 1 xörək qaşığı zeytun yağı faydalıdır.

Yeməkdən əvvəl zəyərək yağı içmək faydalıdır.

Tərkibində bol lif olan qidalar qəbizliyin qarşısını alır, məsələn, əncir qurusu, ərik qurusu, gavalı qurusu, ananas qurusu, kişmiş, üzüm şirəsi, şirin, sulu alma, alma şirəsi, ananas şirəsi, kələm, kök, kahı, cəfəri, zeytun, bunlardan başqa kefir çox fayalıdır.

Axşamdan 12-15 ədəd yerli gavalını 3 stəkan qaynar suya qoyun. 5 dəqiqə qaynadın, səhər acqarına və gün ərzində bu suyu için, gavalıları da yeyin. Həmin gün axşama qədər mədə-bağırsağınız normada olacaqdır.

Adi buğda kəpəyinin tərkibi sellüloza ilə zəngindir, salatlara və ya adi suya qarışdırıb içə bilərsiniz.

Yeməkdən əvvəl gündə 2 stəkan kefir için, hər stəkana 1 çay qaşığı üyüdülmüş zəyərək qatın.

Səna bitkisi qəbizliyi olanlar üçün əla vasitədir, amma bu bitkini daim qəbul etmək olmaz, mütəmadi içildikdə bağırsaqlar tənbəlləşir. Saydığım məsləhətlərlə birgə səna bitkisindən həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

Hər gün 1-2 saat açıq havada yeyin addımlarla gəzmək çox faydalıdır, çünki gəzən zaman bağırsaqlar daha da yaxşı işləməyə başlayır, qəbizlik və köp aradan qalxır.

Biyan kökü, zəyərək, gülxətmi kökünün hərəsindən 100 qram qarışdırın, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləyin, yeməkdən əvvəl 1 stəkan için. Bu tərkibi həm qəbizlik zamanı, həm də mədə-bağırsaq yaralarında istifadə edə bilərsiniz.

Bəzən qəbizliyin səbəbi öd durğunluğu və mədəaltı vəzin pozğunluqlarıda səbəb ola bilir, ümumiyyətlə ödün axımını yaxşılaşdırmaq həm qəbizliyə, həm də köpün aradan qalxmasına səbəb olacaqdır. Əgər öd normal axa bilmirsə, bu prosesə mədəaltıvəzidə qoşulacaqdır, çünki mədəaltı vəzinin öz axacağı yoxdur. Öd axımını artırmaq üçün yeməkdən əvvəl 1 orta xörək qaşığı solmazçiçəyini 1 stəkan suda dəmləyib içə bilərsiniz. Yeməkdən əvvəl alma sirkəsi içmək həm bağırsaqlardakı köpü aradan qaldıracaq, həm də qəbizliyin aradan qalxmağına səbəb olacaqdır. Alma sirkəsini gündə 2 dəfə yeməkdən 30 dəqiqə  əvvəl 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içə bilərsiniz, əgər təzyiqiniz aşağıdırsa bu qarışımı 1 xörək qaşığı bal qarışdırıb içə bilərsiniz. Qəbizliyin qarşısını almaq üçün belədə edə bilərsiniz, deməli 3 kq əncir qurusunu 1 litr rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 ədəd əncir yeyilmək lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.