Revmatoid artrit və onun çarələri

revmatoid artrit

Revmatoid artrit, əsasən oynaq ağrıları ilə müşayiət olunur və oynaqların əyilərək sıradan çıxması ilə nəticələnir. Xəstəlik müalicəyə çox çətin tabe olur və yalnız hormonal dərmanların qəbul edilməsi ağrıların şiddətini azaldır.

Xalq təbabətində revmatoid artrit zamanı bu faydalı üsullardan istifadə edə bilərsiniz.

2 ay fasiləsiz oruc tutmaq lazımdır, çünki aclıq zamanı orqanizmin toxumaları zədələnmir. Poliartrit bir sistem xəstəliyidi,r bu xəstəlikdə oynaq qığırdaqlarının və oynaqətrafı yumşaq toxumanın iltihabı prosesi gedir. İltihabın əmələ gəlməsi isə bədənin özü öz toxumasını zədələməsidir. Bədənin özü öz toxumasını zədələməsinin səbəbi isə həmin hissələri özünə yad bilməsidir, bədənmizin öz toxumasının özünə yad bilməsinin səbəbi isə zülal sintezindəki hansısa bir zülal zəncirinin yerini dəyişməsidir. Oruc vaxtı bədəndə zülal sintezi zəifləyir, zədələnmiş hüceyrələr sağlam hüceyrələr tərəfindən qida vasitəsi kimi mənimsənilir, oruclu vaxtı kök hüceyrələrdən daha sağlam hücerələr əmələ gəldiyindən bədəndə sağlamlaşma prosesi sürətlənir. Ümumiyyətlə tək revmatoidli poliartritdə yox bütün sistem xəstəliklərində 2 ay fasiləsiz oruc tutulması mükəmməl nəticələr verir.

Baş, kürək, bel və şişmiş oynaqların ətraflarından həcəmət edilməsi ağrıları azaldır və iltihablaşmış oynaqları zədələnmədən qoruyur. Ümumiyyətlə poliartrit ağrıları hansı oynaqda şiddətlənibsə həmin oynağın üstündən 1-2 və bəzən 3-4 ədəd hicama edilməsi sanki odun üstünə su tökürmüş kimi ağrı prosesini söndürür. Bəzən barmaqlardakı ağrılar zamanıda kiçik bankalardan istifadə etməklə barmaq ətraflarına hicama etdirmək olur.

Həcəmətdən sonra zəli qoyulması bədəndəki qan damarlarını açır, iltihablanmanı azaldır. Hər 10 gündən bir 6 ədəd olmaqla cəmi 42 və ya 48 ədəd zəli qoymaq olar. Əvvəlcə qaraciyərin üstünə 6 ədəd, sonra boyun, kürək və bel nahiyəsinin hər birinə 6 ədəd, sonra büzdüm hissəsinə 6 ədəd, sonda iltihablanmış oynaqların üstünə 6 ədəd zəli qoyulur. 2 ay müddətində gündə 1 dəfə 1 xörək qaşığı itburnu meyvəsi 1 stəkan suda dəmlənilib içilməlidir. Təzyiqi aşağı olanlar dəmləməyə bal əlavə edə bilərlər.

Poliartrit əleyhinə məcun:

  • Propolis  –  50
  • Qarazirə  –  100
  • Çiçək tozu   –  50
  • Ud hindi  –  100
  • Bal – 1 kq

Məcundan  gündə üç dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Gündə yarım stəkan suda qaynadılmış noxud yemək lazımdır. Artritli xəstələr təzə kəsilmiş qoyun dərisinin içəri tərəfinə bükülür, səhərdən axşama qədər 3 gün boyunca saxlanır. (adama 2 qoyun dərisi çatır) Bu üsul da effektli üsullardan sayılır.

Poliartrit zamanı aşağıdakı bitki tozlarının qarışımının içilməsi təbii ağrıkəsicilərin istehsalını sürətləndiri, iltihab əleyhinə təsir göstərir:

  • Hil tozu   –  50 qram
  • Zəncəfil tozu  –  100 qram
  • Sarıkök tozu – 300 qram

Deməli hamısı narın toz formasında üyüdülməli, bir-birinə qarışdırılıb ağzı kip bağlanılan şüşə qaba tökülməli, qaranlıq yerdə saxlanılmalıdır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.

Revmatoidli poliartrit zamanı aşağıdakı yazdığım mazı hazırlayıb gündə 2 dəfə oynaqlara çəkib yüngül masaj edə bilərsiniz. Xatırladım ki, yağ oynaqların sıradan çıxmasının qarşısını alır, ağrıları azaldır, oynaq qidalanmasını yaxşılaşdırır. Deməli 250  qram rafinə olunmamış zeytun yağına 1 çay qaşığı xörək duzu, 50 qram ud hindi tozu qarışdırıb yayda pəncərə qabağına qışda isə soba ətrafında isti bir yerdə 10 gün saxlayın və ya ən yaxşısı temperaturu 60 dərəcə olan sobada 3 saat saxlayıb sonra süzün üstünə 50 qram efkalipt yağı qarışdırıb ağrıyan oynaqlara gündə 2 dəfə sürtüb yüngül masaj edin.

İldə bir dəfə Naftalan vannası qəbul edilir (maraqlıdır ki, bəzən Naftalan mazı əks təsir edir) və ya Hövsan yolundakı duzlu göldə palçıq bütün bədənə yaxılandan sonra isti qum üstündə 1 saat uzanılır. Müalicə müddəti 20 gündür.

Qobu yolunun üstündə yerləşən vulkan palçığı ilə vanna qəbul edilməsi çox faydalıdır.

15 ədəd tikanlı kəvər çiçəyi 3 stəkan suda dəmlənir, gündə üç dəfə yeməkdən 2 saat sonra 1 stəkan qəbul edilir. Prosedur 1 il aparılır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.