Seboreya əleyhinə çarə

Seboreya 2

Seboreya xəstəliyi saç diblərinin kəpəklənməsi, qaşınması və ən əsası da saçların nazilərək tökülməsi ilə gedən xroniki dəri xəstəliyidir. Müalicəyə çə-tin tabe olsa da onu atpıtrağı bitkisinin köməyi ilə aradan qaldırmaq olar.

Seboreya

Atpıtrağının kökləri yığılır, ətçəkən maşından keçirilir və saç diblərinə çəkilir, 2 saatdan sonra ilıq su ilə yuyulur. Proseduru 20 gün gündə bir dəfə apardıqda seboreya əlamətləri zəifləyir, saç tökülməsi dayanır, saç diblərindəki qızartı və səpgilər müalicə olunur.

Diqqət: İstifadə zamanı səpgi və qaşıntının artması bu bitkiyə qarşı fərdi allergiyanın olduğunu göstərir və istifadəsi dayandırılır. Saç dibinin seboreyası olanlara başqa bir resept: hər dəfə yuyulmazdan 2 saat əvvəl saçlarınıza tipinə uyğun olaraq rəngsiz, şabalıdı və ya qara Fitoton xınası qoymağı məsləhət görürəm. Şabalıdı və qara xınalar sadəcə çalar verir, tam boyamır, amma müalicəvi effekti rəngsiz xınadan çoxdur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.