Bu qarışım bütün qurdları tökür

qurdlar

Qurdlar əleyhinə bir neçə yazılarım olsa da bu qarışım öz təsir spesifikliyinə görə daha genişdir. Bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (hansıki bağırsaqlarda parazitlik edir) çox təsirlidir.

Lazım olan bitkilər

  • Dağtərxunu (toz formasında) 50 qram
  • Zəncəfil (toz formasında) 30 qram
  • Balqabaq toxumu (toz formasında)  50 qram
  • Zəyərək (toz formasında) 20 qram
  • Səna yarpağı (toz formasında)  10 qram

Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir. Əgər bu qarışımı uşaqlara vermək istəsəniz 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər. Əgər acılığı problem olsa 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içilməlidir, bal ilə qarışdırıb saxlamaq olmaz çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır. Xatırladım ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu ona görə öd yollarında parazitlik edən lyambliyalar əleyhinədə təsirlidirlər. Qarışımın içindəki zəyərək və səna  işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur. Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.