Sağlam arıqlamaq üçün nə etməli?

Təbii arıqlamaq

Sağlam arıqlamaq necə olmalıdır, necə edək ki, həm arıqlayaq həm də sağlam olaq və yaxud kökəlmək sağlamlıqdırmı kimi suallar, həm arıqları həm də artıq çəkili insanları düşündürməkdədir. Xatırladım ki, arıqlamaq üçün bir çox üsullar var məsələn: müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması və s. Dieta ilə arıqlamağın bir sıra zərələri vardır beləki insanın seçmə yeməkləri daima yeməsi bədəndə vitamin və mineral çatışmazlığına səbəb olur sonda, bundan bezmiş insanlar dietanı buraxır və sürətli şəkildə əvvəlkindən də artıq kilo almağa başlayır. Xatırladım ki, bu yazdığım məqalədən həm sıravi insanlar və həm də dietoloqlar istifadə edə bilərlər. Sağlam şəkildə arıqlamaq istəyənlər əvvəlcə həyəcanı uzaqlaşdırmalı, çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar, arıqlamaq yavaş -yavaş səbrlə və ən əsası bu işdən həzz alaraq arıqlamadırlar.

Mən öz praktikamda arıqladıcı vasitələrin yazda daha çox satılmasının şahidi olmuşam, niyə bu belədir izah edim. Deməli qışda geyindiyimiz qalın paltarlar yaz gəldikcə yavaş-yavaş nazikləşməyə başlayır, artıq çəkili insanlar bundan həyəcana düşərək yayda  sürətli şəkildə arıqlamağa başlayırlar. Bu yanlış düşüncədir arıqlamağa başlamaq üçün vaxt və zaman yox iradə lazımdır vəssalam bunu isə hər zaman etmək olur, elə indidə. Arıqlamaq yollarını seçmək üsullarını əvvəlcə bildirim indi isə reseptlərimizə keçək.

Arıqlamaq üçün bir neçə vasitə:

1. İşlədici vasitələrdən (xatırladım ki, Azərbaycanda bu üsul həmişə istifadə olunur),
2. Sidikqovuculardan (sidikqovucular bədəndən suyu çıxarırlar),
3. İştahkəsicilərdən,
4. Oksidləşdiricilərdən (bədəndə olan piyləri yandırıcılar) istifadə edilməlidir.

Bunlar səbrlə növbə ilə edilməli və yaxşı olar ki, bütün bunlarla bərabər fiziki aktivliyi artırmaq çox yerinə düşərdi. Arıqlamaq istəyən insanlar əvvəlcə buna mənəvi cəhətdən hazır olmalıdır. Birinci qayda ağızdan başlayır beləki ağzınızda olan hər bir tikəni 30-a qədər çeynəmədən udmayın çeynəlmədən udulmuş yeməklər çətin həzm olunur, ağız suyu az qarıdığından və qida tam əzimədiyindən həzmi də çətin olur və sonda piylənməyə səbəb olur. Heç kim piylənməni sağlamlıq hesab etməsin, piylənmə maddələr mübadiləsinin pozulması, bağırsaqlardan iri piy hüceyrələrinin qana keçməsi və sonda toxumalara toplaşmasıdır. Piylənmə sizi gələcəkdə ağır xəstələklərin ağuşuna daşıyacaqdır piylənmə, şəkər xəstəliyinə açıq qapıdır, piylənmə ürək xəstəliklərinin ilkin bünövrəsidir piylənmə yorğunluq, təngənəfəslik və təmbəllik xəstəlyinin əsasıdır.

Arıqlamaq üçün

Arıqlamaq üçün birinci yaxşı olar oksidləşdiricilərdən başlayasınız, oksidləşdirici bitkilər bədəndə piyləri yavaş-yavaş yandırır arıqlama çox zəif sürətlə olsada amma çox faydalı olur. Oksidlədiricilərin başında bal gəlir desəm yanılmaram çalışın səhərlər bal yeyin bal piyləri əritmək üçün çox əla bir vasitədir. Alma sirkəsindən istifadə edin gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı alma sirkəsini 1 stəkan çiy suya qarışdırıb için bunu fasiləsiz belə edə bilərsiniz. Əgər təziyiqiniz aşağıdırsa və ya qan azlığınız varsa onda 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz.

Oksidləşdirici bitkilər

Yaşıl çay, Qırmızı pul bibər, Zəncirotu kökü, Zəncəfil, Çobanyastığı, Acırğa (xren), Sarıkök, Darçın, saydığım bitkilərin yarısı ədviyyat, yarısı isə dərman bitkiləridir. Dərman bitkilərini bir birlərinə qarışdırın,(Bitkilər bunlardır yaşıl çay, zəncirotu kökü, Zəncəfil kökü, Çobanyastığı, Darçın)  qarışıqdan 2 orta xörək qaşığı 3 stəkan suda dəmləyin gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için bu qarışımı bir ay içəndən sonra, İşlədicilərə keçə bilərsiniz.

İşlədici bitkilər

Kövrək murdarça qabığı, Səna yarpağı, Murdarça meyvəsi, novruz şaxtagülü kökü deməli bu bitkiləri bir birinə qarışdırıb istifadə etmək olmaz, bu bitkilərdən yalnız birini götürüb başqa bitkilərlə qarışdırmaq olar məsələn, səna bitkisi səna 100 qram məkkəgülü 50 qram nanə 50 qram bağayarpağı 50 qram, darçın 50 qram tərkibdə yığıntı hazırlayıb yığıntıdan 2 xörək qaşığı 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək lazımdır. İşlədici bitkilərdə olan novruz şaxtagülü bitkisini çox az dozada istifadə etmək lazımdır məsələn, 1 stəkan qaynar suya 1 çimdik novruz şaxtagül 2 çimdik zəncəfil tozu qarışdırıb gündə 2 dəfə yeməkdən 2 saat sonra içə bilərsiniz. Deməli 1 ay da işlədici bitki qarışımlarını içəndən sonra (xatırladım ki, işlədici bitkiləri 1 aydan artıq içmək olmaz çünki bağırsaqları təmbəlləşdirir),

İştahkəsici bitkilər

İştahkəsici bitkilər içmək lazımdır bu bitkilər Adaçayı, gülxətmi kökü, Cəfəri, Zəyərək, Çia toxumu xatırladım ki, bu bitkiləri bir birinə qarışdırmaq olmaz hər bir bitkidən 1 həftə içmək lazımdır adaçayı 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, Gülxəmi 3 xörək qaşığI 3 stəkan qaynar suya qarışdırılır axşamdan səhər günorta və axşam 1 stəkan yeməkdən əvvəl içilir. Cəfəri yeməklərlə bol yeyilir, Zəyərək 1 xörək qaşığı 1 stəkan suda 5 dəq qaynadılır 10 dəq dəmlənilir soyuduqdan sonra süzülür və suyu gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içilir və ya 1 xörək qaşığı zəyərək toxumu 1 kasa qatığa qarışdırılır ən azı 1 saat gözləyəndən sonra yeməkdən 1 saat əvvəl yeyilir xatırladım ki,  zəyərək şişir mədənin həcmini tutur yeməyə az yer qaldığından iştah hissi ölür. Çia toxumuda zəyərək kimi istifadə olunur. Deməli 2 ay iştahkəsiciləri qəbul etdikdən sonra sidikqovucu bitkiləri içmək lazımdır, sidikqovucu bitkilər bədəndən suyu həm tər vasitəsilə çıxarır həm də sidik vasitəsilə

Sidikqovucu bitkilər

Kəkotu, Gülümbahar, Qatırquyruğu, Tozağacı yarpağı, Ardıc meyvəsi, Qarğıdalı saçağı, deməli bu bitkilərin hərəsindən 50 qram götürün bir birinə qarışdırın qarışıqdan 2 orta xörək qaşığı 3 stəkan suda dəmləyin gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan için. Bütün bu müalicələr qurtarandan sonra təkrar olaraq yenədə davam edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.