Polipləri əridən məcun – Poliplərin çarəsi

poliplər

Demək olar, hər bir həkimin sirr saxladığı və sirrini heç kəsə vermədiyi müalicə üsulları var. Haqqında danışacağım məcunu artıq bir neçə xəstəyə təyin etmişəm və Allaha şükür, yaxşı nəticələr almışam.

Poliplər zamanı effektli olan həmin resepti hamının faydalanması üçün paylaşıram:

Bitkilər toz formasına salınır, bal ilə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir.

Polipləri əritmək üçün məcun:

  • Çörəkotu – 50 qram
  • Udi hindi – 50 qram
  • Novruz şaxtagülü kökü – 20 qram
  • Qatırquyruğu – 50 qram
  • Zəncəfil – 50 qram
  • Bal – 1 kq.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.