Quranla epilepsiya və panik tutmanın müalicəsi

epilepsiya

Əziz oxucu, epilepsiyanın necə əmələ gəlməsi və nədən yaranması hələlik elmə məlum deyil və buna görə də bu xəstəliyin tam müalicəsi yoxdur. Epilepsiya xəstələri ömürlərinin axırına qədər sakitləşdirici, depressant və qıcolma əleyhinə dərmanlar içməyə məcburdur.

Gəlin bu xəstəliyin tarixinə bir nəzər salaq. Bizə ən yaxın olan Türkiyədə Osmanlı dövrlərində epilepsiyalı xəstələr çox az olub. Səbəb, o zamanlar belə xəstələrin Quranla müalicə olunması və çox effektli nəticələrin alınmasıdır. Sonralar kimyəvi dərmanların hazırlanması və İslam əleyhinə tədbirlərin görülməsi nəticəsində təəssüf ki, Quranla müalicə arxa plana keçirilmişdir.

Hamıya məlumdur ki, Quran dinləyən zaman insanın sinir sistemi sakitləşir, xoşbəxtlik hormonu olan endorfinlərin istehsalı artır və bu da bir çox psixi xəstəliklərin aradan qalxmasına səbəb olur.

Onu da nəzərinizə çatdırım ki, hamı Quran oxunan zaman bu hissləri keçirmir, imanı kamil olmayan bəzi insanlar Quran və azan səsi eşidəndə əsəbiləşir. Belə insanlar ilk növbədə səbirli olmalı, zamanla Quran dinləməyi artırmalıdırlar. Yaxşı olar ki, Quran həm ərəbcə, həm də öz dilimizdə tərcümə şəklində dinlənilsin ki, onun böyüklüyü tam anlaşıla bilsin.

Panik tutmanın müalicəsində də Quran dinləmək çox faydalıdır. Belə xəstələrin daxilində-birdən birə həyəcan, qorxu baş verir və bu qorxu insanın daxili orqanlarının fəaliyyətini pozur. Nəticədə çarəsi olmayan xəstəliklər əmələ gəlir.

Panik tutmalı xəstələrə daxili əminlik və rahatlıq lazımdır ki, yenə də Qurandan başqa heç nə bu rahatlığı verə bilmir.

Müalicə necə aparılır?

Gündə 15-20 dəqiqədən başlayıb, sonda gündə 2 saat olmaq şərtilə səhər 1 saat, axşam 1 saat müddətində gözlər yumulu vəziyyətdə gözəl şəkildə oxunan bir Quran başdan axıra qədər dinlənməlidir.

Quran dinlənən günlərdə rukiyələr də dinlənməlidir. Bu əvvəl-əvvəl yorucu olsa da birazdan xəstə həzz almağa başlayır, özünü əmin, arxayın, əvvəlkindən qat-qat daha rahat hiss edir.

Bununla da xəstəliklər orqanizmi tərk edəcəkdir. Xatırladım ki, Quran və rukiyyələri internetdən də dinləyə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.