Uşaqlarda saç tökülməsi

uşaqlarda saç tökülməsi

Uşaqlarda saçlar bir neçə səbəbdən tökülə bilər. Məsələn, düzgün qidalanmama, əsəbilik və keçəllik xəstəliyi. Daha çox qidada vitamin və mineral əskikliyi nəticəsində yaranan saç tökülməsinə rast gəlinir. Bu halda 10 yaşdan kiçik uşaqlara gün ərzində 1 stəkan, böyüklərə 2 stəkan kefir içirtmək tövsiyə olunur.

Kefir bağırsaqlarda vitamin və mineralların sorulmasını yaxşılaşdırdığına görə saçların canlanmasına, sıxlaşmasına səbəb olur. İçilməyə başladıqdan 1 ay sonra effektini göstərməyə başlasa da onu 2-3 ay fasiləsiz qəbul etmək olar.

Saç tökülməsinin qarşısını almaq

Saç tökülməsinin qarşısını alan digər vasitə isə 1 kq balla 200 qram çiçək tozunun qarışımıdır. Həmin qarışımdan 1 çay qaşığı 1 stəkan çiy suda həll edib gündə iki dəfə yeməkdən əvvəl içmək lazımdır. 3 ay müddətində içilən şərbət saçların tökülməsini aradan qaldırmaqla yanaşı uşaqların hafizəsini gücləndirir, sümükləşməni artırır, bədənin kalsiuma olan tələbatını ödəyir.

Əgər saç keçəllik xəstəliyi nəticəsində tökülürsə, onda 1 xörək qaşığı udi hindi tozunu 1 stəkan suda 2 dəqiqə qaynatmaq, alınan bişirmə ilə saçların diblərini masaj etmək lazımdır. Hissəvi keçəllik olan nahiyələrə tam tüklənənə qədər sarımsaq sürtülür və ya yulğun ağacının nazik budaqları yandırılan zaman əmələ gələn maye çəkilir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.