Xərçəng – o bizi tapır, yoxsa biz onu?

Xərçəng virusu

Günümüzün bəlası xərçəngdir, desək, məncə yanılmarıq. Bəs xərçəng nədir?

Bizim bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunmuşdur və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər, məsələn, yaralanmalar zamanı yaranın sağalması, ölmüş hüceyrələrin əvəzinə yenisinin əmələ gəlməsi və s. Amma xərçəng hüceyrələri bir müstəqil qurum kimi beynimizə tabe olmadan ço-xalır, sonra bu hüceyrələr bir-biri ilə

birləşib şiş toxuması əmələ gətirirlər. Daha sonra bu şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr qan və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma, yəni metastaz baş verir.

Bu, xərçəng xəstəliyinin standart inkişaf formasıdır. Burdan bir sual əmələ gəlir: nəyə görə bu hüceyrələr (Qarabağ erməniləri kimi) beynimizə tabe olmurlar və ya olmaq istəmirlər? Deməli, gün ərzində 10-15 min hüceyrə bu müstəqilliyi istəyir, amma bizim bədənimizdəki antioksidantlar buna imkan vermir, yəni həmin hüceyrələrə yapışıb həm onları, həm də özlərini məhv edirlər. Deməli, xərçəngin olmaması və baş vermiş xərçəngin qarşısını almaq üçün bizim bədənimizdə zəngin antioksidant ehtiyatı olmalıdır.

Bəs bədənimizin ehtiyac duyduğu antioksidantları necə təmin etmək olar? Antioksidantlar bol günəş şüaları altında təbii şəkildə yetişən bütün meyvə və tərəvəzlərdə var. Bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir və o, prostat vəzi xərçənginin qarşısını almaq xüsusiyyətinə malikdir. Bostanda günəş altında bitən pomidorda parnikdə bitənlə müqayisədə likopen 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəz və meyvələrdə də özünü göstərir.

Deməli, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, hüceyrələri zədələyən və antioksidant itkisinə səbəb olan rentgen şüalarından özümüzü qorusaq, “fast food” yeməkləri menyumuzdan çıxarsaq bizim xərçəngə tutulma ehtimalımız daha çox azalar. Antioksidantlar həm də orqanizmdə, əsasən qaraciyərdə əmələ gəldiyindən bu orqanı qorumaq da əsas şərtlərdən biridir.

Xərçəngə tutulmamaq üçün hər bir insan gündə ən azı 3 km gəzməlidir, həmçinin idmanla məşğul olmaq da antioksidant istehsalını artırır. Xoşrəftar olanların beynində xoşbəxtlik hormonlarının çox olması da xərçəngin qarşısını alan bir vasitədir. Xərçəngdən qorunmaq və onu müalicə etmək üçün bal, arı südü, Qafqaz kefiri, rafinə olunmamış zeytun yağı, brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, meyvə qurularından istifadə etmək lazımdır.

Əgər kimdəsə xərçəng tapılıbsa, yaxşı olar ki, o, heyvani məhsulları, rafinə olunmuş ərzaqları, sənaye məhsullarını, qazlı şirin içkiləri (hidrokarbonatlı mineral sular xeyirlidir), konserv məhsullarını qida rasio-

nundan çıxarsın. Xərçəngin həm müalicəsində, həm də profilaktikasında gündə 2 saat açıq havada yeyin addımlarla gəzmək lazımdır. Yeyin gəzən zaman qaraciyərdə antioksidan istehsalı çoxalır.

Xərçəng əleyhinə çay

Ara-sıra xərçəng əleyhinə faydalı məsləhətlər paylaşılır, məsələn, çaşır kökü, birillik yovşan və s. haqqında məlumatlar verilir. İnsanlarımız da kütləvi şəkildə bu bitkiləri axtarır və kortəbii şəkildə qəbul edirlər. Belə paylaşımlar olanda mənə yüzlərlə insan müraciət edir. Xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün sizlərlə bir resept paylaşmaq istəyirəm, bu üsul qat-qat daha faydalıdır.

Hərəsindən 0.5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, şüşə bir balona tökülüb saxlanılır. Gündə 3 dəfə qarışıqdan 1 çay qaşığı götürüb 200 ml (1 stəkan) qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən 1 saat əvvəl içilir. Düzdür, dadı xoşagələn olmasa da şəfalıdır, bunu həmin qarışım qurtarana qədər etsəniz nəticəni özünüz görəcəksiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.