Yemişin faydaları

yemiş

Yeməkdən əvvəl yemiş yeyilərsə yemək rahat həzm olunar. Və yaxud yemişin ətri cənnət meyvələrinin ətri kimidir. Yenə də təzə xurmanı yemişlə yeyin kimi, hədislər Peyğəmbərimiz (Səllələhu Aleyhi Vəsəlləm) tərəfindən buyrulmuşdur. Yemiş olduqca faydalı Allahın bizə lütf etdiyi bir nemətdir, yemişdəki bol lif miqdarı, mədə bağırsaq üçün çox faydalıdır. Yemiş bağırsaqları çalışdırar, bağırsaq şlaklarını təmizləyər, bununla da babsili olanlara faydalı olar, gözəl ətri ürəyi rahiyyələndirər, əhvalı yaxşılaşdırar. Yemişə sarılıq verən onun tərkibində olan beta karotindir, bu da bədənimizdə A vitamininə çevrilir. Göz qidalanması pozğunluqlarında müxtəlif tipli retinopatiyalarda çox faydalıdır, beta karotin dəri gözlər, beyin damarları üçün olduqca faydalıdır, yemişi bol yeyən insanlarda dəri qırışıqları az olar, dəri parlaq olar. Yemiş qaraciyərin dostudur, qaraciyər çatışmazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, piylənmədən əziyyət çəkənlər üçün yemekdən əvvəl yemiş yeyilməsi faydalıdır, yüksəlmiş ziyanlı xolestrini aşağı salmaq üçün əla bir qida vasitəsidir, tərkibində A, C və B vitamin kompleksləri vardır əsasəndə zəngin B1 B6 vitaminləri vardır, əsəbləri gərgin olanlar üçün olduqca faydalıdır. Yemiş depressiya halında və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır, K və E vitaminləri cinsi istəyi artırır, yeni qan əmələ gəlməni sürətləndirir beləliklə qan azlığından əziyyət çəkənlər üçün yemiş faydalıdır. Yemişdəki zəngin C vitamini orqanizm üçün qalxan rolunu oynayaraq bədənimizi müxtəlif viruslardan və bakteriyalardan qoruyur. Yemiş ürəyin oksigenə olan tələbatını azaldır, ürəyin zərbə qüvvəsini artırır bununla da ürək mənşəli ödemlərdə qan dövranı pozulmalarında faydalıdır.

Faydası:

Yemişin tərkibindəki fol turşusu infarkt olmasının qarşısını alır, təzyiqi olanlar üçün faydalıdır, yemiş beyinə gedən qanın miqdarını artırır, beyinin qidalanmasını yaxşılaşdırır,  öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır, qadınlarda adət düzənsizliyini normallaşdırır, qanı duruldur və orqanların qidalanmasını yaxşılaşdırır. Yemişin tərkibindəki bol beta karotin həm xərçəng olmadan bizi qoruyur həm də, xərçəngin müalicəsində çox faydalıdır. Yemiş qadınlarda yumurtalamanı çoxaldır , follikul partlamasından əziyyət çəkən xanımlar üçün yemiş əla bir şəfa vericidir. Yemiş bol yeyənlərdə dəri xəstəlikləri, dəmirov ekzema xəstəliyi olmaz, yemiş nəinki saç tökülməsinin qarşısını alır hətta saçların gür və qalın çıxmasına vəsilə olur. Yaxşı olar ki  təzə- təzə yeyilsin, yemiş şəkər xəstələri üçün arzuolunmaz bir meyvədir, şəkər xəstələri çox az yeyə bilərlər. Yemiş yeyəndən sonra bal yemək olmaz, çünki çox güclü zəhərlənmə verir. Yemişin ən faydalısı yayda, isti havada bitən yemişdir. Xatırladım ki yemiş qarpız kimi geni dəyişilməmişdir. Yemiş nə qədər ətirli və şirindirsə o qədər də faydsı çoxdur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.