Propolis nədir?

Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçən zaman ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun yeşiyin içinə xəstəlik gətirməsinlər, bundan əlavə yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındaki propolislər yeşiyin başqa yerindəki propolislər eyni deyildir, belə deyək, ayaq altındakı propolis daha keyfiyyətlidir, antibiotik cəhətdən daha zəngindir. Propolis alanda belə şeylərə diqqət etmək lazımdır. Arıların yuvasına girmiş böyük həşəratları arılar öldürəndən sonra bayıra çıxartmağa gücləri çatmayanda onun üzərini propolislə örtürlər, bir növ, mumiyalıyırlar. O, xarab olmadan illərlə qalır və ziyan vermir.

Propolis bitməz bir şəfa mənbəyidir.

Propolis – çox güclü bir spazmolitikdir. Belə ki, propolis novokaindən 10 dəfə cox keyidici xüsusiyyətə malikdir. Buna görə də ağız, boğaz yaralarında və güclü diş ağrılarında 20 % propolis məhlulu ilə həm qar-qara oluna bilərsiniz həm də içə bilərsiniz. Bundan başqa həm daxili göbələk zamanı həm də xarici (əl, ayaq) göbələklər zamanı ən faydalı təbii vasitə yenə də 20 % propolisdir. Belə ki, xarici göbələklər zaman gündə 2 dəfə göbələk olan nahiyyələr pambığa batırılmış propolis məhlulu ilə silinir. Daxilə isə gündə 3 dəfə 1 çay qaşığı yarım stəkan suya qarışdırılıb içilir.

– Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur.
– Propolisin tərkibindəki flavavonoidlər və polifenollar onun xərcəngin müalicə və profilaktikasında bir ümid yeridir.
– Dəri səpgilərində, sızanaqlarda, aknələrdə məhlulundan xaricə işlətmək faydalıdır
– Mikrob xəstəliklərində, revmatizmalarda, revmatoidli poliartritlərdə həm oynaq ağrısı zamanı xaricə sürtülür həm də 20 faizli məhlulundan daxilə içilir. Bu zaman propolis məcunundan istifadə etmək çox faydalıdır.

Hazırlanması belədir.

100 qram propolis soyuducuda dondurulur sonra həvəngdəstədə döyülüb toz halına salınır və 1 kq bal ilə qarışdırılır. Bura 100 qram çiçək tozu qarışdırılsa daha keyfiyyətli olur. Propolis məcunundan halsızlıqda, iştahsızlıqda, mədə bağırsaq yaralarında (kəskin dövrdə məhlulu içilməlidir), daxili göbələkdə vitaminsizlikdə sümük əriməsində, qadınlarda adət pozulması zamanı, yüksək xolesterində, hamiləlik toksikozlarında, revmatizmalarda və prostatdan və ya başqa xəstəliklərdən sonra qanda prostaqlandinlərin miqdarı artır bu zaman ən yaxşı təsirli vasitə propolis məcunudur (prostoqlandinlər artan zaman insanda dinclik hissi olmur daimi narahat və əsəbi olur).

Bu məcun eyni zamanda bütüb virus xəstəliklərində çox faydalıdır (mütəlif mənşəli qriplər, hepatit A B C və sair). Bu məcundan ağ ciyər xəstəlikləri zamanı (bronxitlər, vərəm, emfizemalar və sair) istifadə edə bilərsiniz.

– Qadınlarda uşaqlıq erroziyaları zamanı 20 % propolis 1 stəkan suya qarışdırılır və şırınqa edilir.
– 20 qram propolisi soyuducuda dondurun sonra toz formasına salın sonra işlətdiyiniz şampunun içinə qarışdırın bu şampun kəpəklənmə əleyhinə seboreya əleyhinə çox faydalıdır.

20 % propolis məhlulunun hazırlanması:

20 qram propolisi 100 qram 70 faizli spirtin içində həll edib pambıqdan süzün, qatrandan təmizləyin və yenidən isidin, belə deyək, barmaq dişləyənə qədər isidib sonra kənara qoyun bu zaman tərkibindəki spirt uçacaq, bundan sonra istifadə edə bilərsiniz.
– Qulaq infeksiyaları zaman bu məhluldan gündə 3 dəfə hər dəfə 2-3 damcı qulağa tökə bilərsiniz.
– Sinir ağrısı, üçlü sinir iltihabı, müxəlif mənşəli nevritlər və nevralgiyalar zamanı həm xaricə kompres edə bilərsiniz həm daxilə məcun vəya məhlulundan içə bilərsiniz.
– Ailələrdə bəzən böyük bir problemə cevrilmiş erkən boşalma zamanı propolis məhlulundan (xaricə istifadə) yararlanmaq olar.
– Mədə-bağırsaq yaraları zaman propolis məhlulu əvəvzolunmazdır. Bu zaman gündə 3 dəfə yeməkdən əvvəl 20 %  propolis məhlulu yarım stəkan suda qarışdırılıb içilir. Bu qarışım hətta helikobakteri pilorinin qarşısını alır.

Sonda, bütün dünya alimləri bu möcüzəvi maddəni araşdırmışlar, hamısı bir birindən maraqlı nəticəyə gəlmişdirlər.

(2,918 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.