Köpə qarşı nə etmək olar?

köp
  • Yeməkdən əvvəl boymadərən ərağı (alkoqolu yoxdur) 2 xörək qaşığı, yarım stəkan suya qarışdırıb içə bilərsiniz.
  • 1 xörək qaşığı qaraqınıq, 1 xörək qaşığı razyana götürüb 3 stəkan suda 5 dəq. qaynadın. Süzüb, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
  • Yeməkdən sonra gəzmək köpü çıxarır.
  • Gündə 1 saat yeyin-yeyin gəzənlərdə köp az olur və ya olmur.
  • Yeməkdən əvvəl 1 xörək qaşığı alma sirkəsini yarım stəkan suya qarışdırıb içəndə köp azalır.
  • Yeməkləri tərxun, turp, Keşniş, cəfəri kimi göyərtilərlə yeyəndə köp azalır.
  • Yeməkləri bir-birinə qarışdıranda köp çoxalır.
  • Çox köpdən əziyyət çəkən insanlar gündə 2 dəfə qidalansın. Bu, köpünüz həddindən artıq azaldacaqdır.
  • Yeməklərə xardal, istiot, toz zəncəfil, pul bibər tozu qarışdırıb yeyəndə köp azalır.
  • Yeməyin ortasında çox su içmək köpə səbəb ola bilir.

Fizuli Hüseynov

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.