Zəncəfilin faydaları

zəncəfilin faydaları
  • Latın dilində – Zingiber officinale Roscoe.
  • Türk dilində – Zencefil.
  • İngilis dilində – Ginger.
  • Rus dilində – İmbir.

Zəncəfilin botanikası

Çox illik boyu 1,5 metrəyə qədər qalxan bir bitkidir. Yarpaqları 2 sm enində və 20 sam uzunluğunda lansetvaridir. Sarı rəngdə çiçəkləri vardır. Müalicə və ədviyyat kimi kök yumurularından istifadə edilməkdədir.

Yayılması

Şərqi Asiyada geniş yayılmışdır. Hindistan, Nigeriyada, Tayvanda becərilməkdədir. Təsüf ki, Azərbaycanda bitməyən bir bitkidir. Amma istixanalarda  asanlıqla artırmaq mümkündür. Maraq xatirinə təzə zəncəfil kökünü ev dibçəklərinə əkib artıra bilərsiniz.

Zəncəfil kökü Qurani Kərimdə

Quranda zəncəfil haqqında  İnsan surəsində 17-ci ayədə (orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək) ora deyəndə cənnət nəzərdə tutulur və cənnətdəki şərab insanı məst etməyəcək.

Zəncəfilin tərkibi

Zəncəfil köklərinin tərkibində  6-8% miqdarında oleorezin, 3% miqdarında efirli birləşmələr (hansıki zəncəfilə gözəl ətir verir bunlar kamfen, beta fellandren, 1,8 sienol, geranial),Monoterpenlərdən limonen, mirsen, borneol,  qeraniol, linalol və sair. Seskiterpenlərdən 50-70 faiz beta-bisabolen, zingiberen, kurkumin.

Xalq təbabətində zəncəfil

Zəncəfil faydalarını saymaqla bitməz faydalara malik bir bitkidir. İnsan bədənində bütün toxumaları qan qidalandırırsa zəncəfildə qanı qidalandırır desək yanılmarıq. Çünki zəncəfil qanı daha rahat çalışdırır, zəncəfil içdikdən sonra qan toxumaların bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pzğunluğu aradan qaldırır. Adicə kiçik bir misal çəkim əlləri, ayaqları daima soyuq olan insanlar gündə 3 dəfə bal ilə şirinləşdirilmiş zəncəfil çayı için nəticə mükəmməldir bunu özünüz görüb zəncəfilə qiymət verəcəksiniz. Bütün növ ürəkbulanmalarda istər hamiləlik, istər kimyəvi terapiyadan sonra, istər beyin mənşəli ürəkbulanmalarda, istər mədəbağırsaq mənşəli ürəkbulanmalarda əvəzsiz bir nemətdir zəncəfil. Ürəkbulanmalar zamanı təzə zəncəfil quru zəncəfildən daha faydalıdır. Bağısaq spazmalarında, yemək yedikdən yeməyin mədəyə yığılıb qalması. Bağırsaqlarda köp olması hallarında zəncəfil çayının içilməsi bağısaqların hərəki funksiyasını artırır. Zəncəfil mədə bağırsaq divarının keyfiyyətini artırır. Uzun müddətdir illərdən bəri xalqımız zəncəfil qarışdırılmış balı bədən zəifliyində, immunitet zəifliyində, halsızlıqlarda, baş gicəllnmələrdə istifadə etmişlər. Adət hallarının (aybaşı)  pozulması zamanı daha çox adət hallarının gecikməsi zamanı zəncəfil çayının içilməsi faydalıdır. Zəncəfil çayından mütəmadi istifadə edən xanımlarda klimaks daha gec baş verir. Adət halında yubanmalar və tsiklin tez qurtmarası kimi pozğunluqlar olmur.

Zəncəfil tozunun bal ilə qarışımı xroniki öskürəklərdə çox faydalıdır. Zəncəfil tozu qarışımlı bal immun sistemi gücləndirməklə yanaşı allergik bronxit mənşəli öskürəklərin müalicəsində çox faydalıdır. Zəncəfildən arıqlmaq məqsədilə istifadə edə bilərsiniz. Zəncəfil çayı oksidləşmə reduksiya proseslərini artırır, yəni piylərin əridilməsini sürətləndirir. Maraqlıdır ki, zəncəfil çayı həmdə iştah açır. Ona görədə arıqlamaq məqsədilə çayı yaxşı olar yeməkdən 1 saat sonra içəsiniz. Oynaq ağrılarında, əzələ ağrılarında, baş ağrılarında zəncəfil çayı əvəzolunmazdır. Revmatizmaların bütün növlərində zəncəfil həm müalicəvidir, həmdə ağrıkəsici. Zəncəfil qarışdırlmış bal məcunu cinsi istəyi artırır, spermaların kəmiyyətini və keyfiyyətini artırır.  Zəncəfil çayı soyuqdəymələrdə, qriplərdə, tempraturun yüksəlməsində çox faydalıdır. Belə hallar olan zaman bəzən xəstələrimə gün ərzində 8-10 banka zəncəfil çayını zoğal mürəbbəsi ilə içməsini məsləhət görürəm. Bəzən bu çayı tərləyənə qədər içməyi məsləhət görürəm. Zəncəfil əla bir tərlədicidir. Təzə  zəncəfii ət maşından keçirib bərabər miqdarda kartof əzməsi ilə qarışdırıb boyun osteoxondrozunda onrğa üstündəki ağrılarda, diz artrozlarında ümumiyyətlə bütün onurğa ağrılarında parçaya yaxıb təpitmə edib bağlayın bunu bacardığınız qədər çox saxlayın. Belə hallarda mükəmməl bir ağrıkəsici  rolunu oynayacaqdır.

Elmi təbabətdə zəncəfil

Zəncəfil köklərinin elmi araşdırılması nəticələri.

İltihab əleyhinə və kapilyar genişləndirici təsir.

İn vitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həmdə qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.

Antioksidant təsiri

Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələr lipid peroksidazasına qarşı qoruyucu  olduqları sübut edilmişdir. İn vitro olaraq isə zəncəfil dəmləməsi OH2, O2, və ABTS sərbəst radikallarına qarşı təsri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunmaq deməkdir.

Zəncəfilin uzun müddət istifadəsi (təkrarlanan doza həddi)

Ərəb xalqları demək olar hər gün zəncəfildən istifadə edirlər. Onların hər gün zəcəfildən bəlli bir miqdar istifadə edilməsinə nəzarət edilmiş 3 ay nəzarətdən sonra insan bədənində morfoloji dəyişikliklər baş verməmiş, daxili orqanlarda heç bir tokisiklik müşahidə olunmamış, spermanın kəmiyyət və keyfiyyətində zəifləmə müşahidə olunmamışdır. Bu o deməkdir ki, zəncəfildən daimi istifadə etməklə onun yalnız faydalı xüsusiyyətlərindən yararlanmaq olar, uzun müddətli istifadənin bədən üçün heç bir ziyanı yoxdur.

Hamilələrin zəncəfildən istifadəsi

50 hamilə xanım nəzarətə götürülmüş bunların 25-nə plasebo (yəni müalicə etməyən yalançı kapsul, digərlərinə isə zəncəfil ekstaktlı kapsul verilmişdir. 27 həftə davam edən müşahidədən sonra hamiləlik bitəndən sonra uşaqlara diqqət edilmiş zəncəfil qəbul edən anaların uşaqlarında heç bir qüsur qeydə alınmamışdır. Zəncəfil ürəkbulanmanı aradan qaldırdığından hamilə xanımlar rahat şəkildə istifadə edə bilərlər.

Antimikrob təsir

Zəncəfilin təsiri  iltihabi xəstəlik olan revmatizmalı xəstələr üzərində araşdırılmışdır.  Zəncəfil həm daxilə verilmiş həmdə oynaqlara yeridilmişdir. Oynaqlarda şişkinlik və ağrılar olan xəstələrə zəncəfil ekstraktını fizioterapiya aparatlartı ilə sorulmasını sürətləndirmiş sonda ağrılarda və iltihabı şişkinlikdə azalmalar olmuşdur. 30 xəstə üzərində aparılmış sınaqlar isə belə olmuşdur. Deməli xəstələr 2 qrupa bölünmüş bir qrupuna plasebo ( yəni içində təsirsiz maddə olan kapsullar) digərinə isə zəncəfil ekstraktlı kapsullar verilmişdir. Nəticədə yenədə zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.

Sonda, bu yazı zəncəfil haqqında ümumi məlumat idi. Zəncəfilin hansı xəstəliklərdə və hansı bitkilərlə necə qarışdırıb və necə istifadə etməni qarşıdakı yazılarımızda oxuya bilərsiniz.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.