Qazanc vəya məşhurlaşmaq xatirinə yazılmış yazılar

Bu yazını ona görə yazıram ki, insanları aşağıdakı kimi təhlükələrdən uzaq edək. İndi internet əsridir kim nə istəyirsə həmin dəqiqə fikirlərini hamıya çatdıra bilir. Biz insanlar isə ayıq olmalıyıq, dırnaqarası işbazların qurbanı olmamalıyıq. Aldığımız məlumatların mənbəyinə baxmalıyıq, yazan şəxsin peşəsini bilməliyik əks təqdirdə ziyanı özümüz kəçəkəcəyik. Məsələn mənim yazdığım yazını kopya edib adınıda dəyişib payaşırlar, bunu 10 yox 100 dəfələrlə görmüşəm hətta böyük klinikalar belə bunu edirlər, amma bu yazının başlığını elə edirlər ki, bu yazını minlərlə insan oxuyur. Məslən prostata faydalı olan qarışım yazımı belə yazırlar. Prostatı 10 günə sağaldacaq resept. Çox cəlbedici olduğundan hamı oxuyur amma bu qarışım 10 günə prostatı sağaltmır axı.

Nə olsun ki, bunu mən yazmışam həqiqət odur bu qarışım prostata faydalıdır. Və yaxud xarıcı yazıların başlıqlarını dəyişib insanları aldadırlar ki, məhşurlaşsınlar. Bu kimi insanlara xəstələrin sağalması maraqlı deyil. Onlara səhifənin genişlənməsi lazımdır. Onuda əldə edirlər. Vəyaxud belə yazırlar həkimlər bunu insanlardan gizlədirmiş. Başqa bir misalda çəkim bəzi firmalar bizə məhsul sifarişi edirlər bizdə hazırlayırıq təbiiki satış hüquqları bizə yox onlara aiddir. Bizdən bir iki manata aldığı məhsulu 20-30 manata satır. Məhsulun altında elə yazılar yazırlar ki, sanki ölünü belə dirildərmiş. Sadə vətəndaş alır oxuyur görür Herba Flora məhsuludur istifadə edir və aldandığını anlayır. Biz artıq belə firmalarla əmıkdaşlığı yavaş yavaş məhdudlaşdırırıq.

Ümumiyyətlə çox geniş reklam olunan və dəyərindən 10 dəfə artıq satılan məhsullar satış məqsədi hər insanı bir dəfə aldatmaq bəs edər devizidir. Ayıq olun əziz həmvətənlər yazı yazanın peşəsinə baxın. Dinlədiyiniz videoların mütəxəsis tərəfindən hazırlanmasına diqqət edin. Sosial şəbəkədə hər gördüyünüz bahalı məhsulun çox keyfiyyətli olması qənaitində olmayın. Hamıya can sağlığı Allahdan uzun və mənalı ömür arzusu ilə. Fizuli doktor.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.