Çaytikanı meyvəsindən krem (yeni)

Salam aleykum əziz dostlar. Çaytikanı meyvəsindən yeni bir krem hazırladıq. Nəyə görə çaytikanı meyvəsindən ona görə ki, çaytikanın tərkibində dəri üçün o qədər faydalı maddələr varki bütün bu faydalı maddələri bu kremdə görmək istədik. Qısa olaraq onu deyim ki, çaytikanında zəngin karotinlər ( hansıki bədəndə A vitamininə çevrilir) E vitamini və minerallların demək olar ki hamısı var. Bütün bu vitamin və mineral kompleksi dərimiz üçün həddindən çox faydalıdır. Krem dərinin demək olar ki, bütün problemlərində istifadə edilir.

Ləkələr, sızanaqlar, dəri qırışları, günəş ləkələri, dəri quruluğu və sair. Yağdan bəzi dəri xəstəliklərində də istifadə edə bilərsiniz məsələn psoriaz, seboreya, ixtioz və ekzemalar. Çatikanı yağı dərinin qurumasının qarşısını alaraq, psoriaz və seboreyalarda dərinin tamlığını qoruyur, çatlaqların əmələ gəlməsinin qarşısını alır. Kremi sifətə və bədənə çəkərək günəş altında uzanaraq dərinizi təravətləndirə bilərsiniz. Bu üsul həmdə dəri müqavimətini artıraraq dəridə papilloma və viruslarının əmələ gəlməsinin qarşısını alacaqdır. Kremdən uşaq pişməcəlırində və pişməcələrin əmələ gəlməsinin qarşısını almaq üçün də istifadə edə bilərsiniz.

Fitoklublarımızda satışdadır. Əldə edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.