Dazıotu və onun faydaları

Dazıotu faydaları

Dazıotunun çox geniş təsir spektrini nəzərə alıb bəzi xeyirli xüsusiyyətlərini nəzərinizə çatdırıram.

Bitkinin tibdə yerüstü hissəsi, əsasən otu və çiçəkləri istifadə olunur.

Tərkibində hiperisin, flavonoid-lər, kversetin, rutin, hiperozid, ksantonlar və s. maddələr var.

Dazıotunda tapılan hiperforin və adhiperforin maddələri serotonin, noradrenalin, dofamin kimi maddələrin miqdarını artırır, bu təsiri sayəsində hal-hazırda Avropada depressiyanın müalicəsində geniş istifadə olunur. Bu bitkinin sulu dəmləməsi CYP 3A4 fermentini aktivləşdirdiyindən bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli parçalanmasına və toxumalarımızda yığılıb qalmamasına şərait yaradır. O səbəbdən bütün növ kimyəvi dərmanlarla birlikdə təyini məqsədəuyğundur.

Bu bitkidə tapılan hiperisin və hiperforin maddələri dəridə qaşınma və ləkə kimi problemlərdə yaxşı təsir edir, dərini yeniləmək üçün istifadə olunur.

Aparılmış tədqiqatlar bu bitkinin çox güclü virusöldürücü təsirini də ortaya çıxarmışdır.

İn vivo (cansız şəraitdə) aparılmış sınaqlarda hiperisinin şiş əleyhinə təsiri ortaya çıxmışdır və bu sahədə araşdırmalar davam edir.

Trofik yaraların müalicəsində tətbiq olunur.

Dazıotu menopauza dövründə qadınlarda müşahidə olunan həyəcan, istibasma, halsızlıq, bədəndə ağrı kimi əlamətləri də aradan qaldırır.

Aybaşı öncəsi gərginliyi olan qadınların psixi vəziyyətini 50% yaxşılaşdırır.

Hamiləlikdə istifadəsi məsləhət görülmür.

Dazıotu çayının istifadəsi:

  • depressiyanın bütün formalarında;
  • ürək döyüntülərinin artması (taxikardiya) zamanı;
  • menopauza dövründə;
  • diqqətsizlik və hiperaktivlikdə;
  • halsızlıq, yorğunluq, asteniya kimi psixoloji durumlarda;
  • fibromiomalarda;
  • bütün növ ağrıların azaldılmasında;
  • şiş xəstəliyinin müalicəsində köməkçi vasitə kimi;
  • vitiliqo (alalıq) xəstəliyində;
  • nevrit və sinir ağrılarında;
  • babasildə;
  • ishalda;
  • yara və yanıqlarda.

Dazıotu dəmləməsinin hazırlanma qaydası:

3 xörək qaşığı dazıotu 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.