Faydalı Sağlamlıq Xəstəliklər

Qastrit, ezofagit, duodenit, mədə, qida borusu və 12-barmaq bağırsaq yaralarının çarəsi

Qastrit, ezofagit, duodenit, mədə, qida borusu və 12-barmaq bağırsaq yaralarının çarəsi

Mədədə turşuluğun artması yandırma, qıcqırma və səhərlər ağızda turş dadın olması kimi qastrit əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Əgər bu proses uzun zaman davam edərsə xlorid turşusu və pepsin mədənin selikli qişasını zədələyir və yara əmələ gətirir. Çox hallarda bu prosesi helikobakter pilori adlı turşuyadavamlı mikrob bir qədər də ağırlaşdırır. Həmin bakteriyalar müalicəyə olduqca çətin tabe olur. Mədə turşuluğunun artması və möhtəviyyatın qida borusuna atılması ezofagit əmələ gətirir.

Müalicə üçün:

1. Turşuluğu neytrallaşdıran, bürüyücü və adsorbsiyaedici dərman bitkilərinin qarışığından hazırlanmış Teastomin çayı qəbul olunur. Teastomin çayı gündə üç dəfə yeməkdən 1 saat əvvəl iki filtr-bağlama 1 stəkan suda dəmlənərək içilir. Və ya

Gülümbahar  - 100 qram

Biyan kökü  -   100 qram

Zəyərək    -     100 qram

Çobanyastığı  - 100 qram

Deməli 3 stəkan suya bu bitkilərin hərəsindən 1 dolu çay qaşığı qarışdırıb 20 dəq dəmləyin, sonra süzüb termosa tökün, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan ilıq formada içmək lazımdır

2. Çaytikanı yağı gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı içilir. Apteklərdə ucuz qiymətə satılan çaytikanı yağlarının tərkibi adicə günəbaxan yağından ibarət olur. Yaxşı olar ki, çaytikanı yağının keyfiyyətinə diqqət edəsiniz.  Çaytikanı yağı çox güclü yarasağaldıcı xüsusiyyətə malikdir. Bitki dəmləməsini içəndən 10 dəq sonra çaytikanı yağını içə bilərsiniz, müalicə müddətində 300-400 ml çaytikanı yağı içilməlidir.

3. Propolisin spirtli dəmləməsi 20 faizli.

Xatırladım ki, propolisi suda həll etmək istədim müxtəlif həlledicilərin köməkliyi ilə həll etdik, amma propolisin tərkibindəki qatran suda həll olmadı, amma propolisi spirtdə həll etdikdə propolis tam olaraq həll olunur, deməli barmağı 20 faizli propolis məhluluna batırıb yuduqda hətta sabunla yuduqda təmizlənilmir, çox yapışqanlı formada barmağa yapışaraq qalır.  Deməli bizim mədə divarınada elə yapışaraq mədəni xarici mühit amillərindən qoruyur, həm də yarasağaldıcı bir təsiri vardır. 

 20 faizli propolis məhlulundan bir çay qaşığı yarım stəkan suya qarışdırılır, gündə üç dəfə yeməkdən 40 dəqiqə əvvəl (yəni çaytikanı yağını içəndən  10 dəqiqə sonra ) əvvəl içilir. Tərkibində olan 21 adda təbii antibiotik təsirli maddə mədədə helikobakter pilorini məhv edir. Propolis məhlulunu içəndən sonra  yaxşı olar ki, hər tərəf üstə 1-2 dəqiqə uzanasınız. Müalicə 1 ay aparılır, xəstənin vəziyyəti tam yaxşılaşmadıqda bir həftə ara verib yenidən bir ay təkrar edilir. Sonda onu da xatırladım ki, propolis təzyiqi salır, əgər təzyiq aşağıdırsa ya propolisdən istifadə etməməli, ya da yarım çay qaşığı yarım stəkan suya qarışdırıb istifadə etməlisiniz, müalicə dozası 200-300 ml-dir. Propolis məhlulunu içəndən sonra zəif başgicəllənmə və ürəkbulanma ola bilir, bunlar keçici haldır qorxmağına dəyməz. 

Paylaş: