Faydalı Sağlamlıq Xalq Təbabəti

Təbii antibiotik – propolis

Təbii antibiotik – propolis

Propolis nədir?

Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçəndə ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun və yeşiyin içinə mikrob gətirməsinlər. Bundan əlavə yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındakı propolisin tərkibi yeşiyin başqa yerindəki propolisin tərkibi ilə eyni deyildir. Daha dəqiq desək, ayaq altındakı propolis daha keyfiyyətlidir, antibakterial maddələrlə daha zəngindir. Propolis alanda belə nüanslara diqqət etmək önəmlidir. Arılar yuvaya girmiş böyük həşəratları öldürəndən sonra bayıra çıxarmağa gücləri çatmayanda, onun üzərini propolislə örtürlər, bir növ, mumyalayırlar. Belə mumyalanan həşərat xarab olmadan illərlə qalır və heç bir ziyan vermir.

Propolis bitməz bir şəfa mənbəyidir.

Propolis – çox güclü spazmolitikdir. Belə ki, propolisin analgetik (keyidici) xüsusiyyəti novokaindən 10 dəfə çoxdur. Buna görə də ağız boşluğunda, boğazda olan yaraların müalicəsində və güclü diş ağrılarında 20% li propolis məhlulu ilə həm qar-qara olunur, həm də daxilə qəbul edilir. 20 faizli propolisi daxilə qəbul edəndə 1 çay qaşığı yarım stəkan suda həll edilir, su süd rəngini alır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl hamısı içilir, xaricə istifadə edəndə isə 2 çay qaşığı 20 faizli propolis məhlulunu yarım stəkan suda həll edib gündə 3 dəfə pambıqla vurulur, irinli yaralarda, qızılyeldə yarım stəkan suya 2 xörək qaşığı 20 faizli propolis məhlulu qarışdırıb pambıqla yara nahiyyəsinə vura bilərsiniz.  Bundan başqa həm daxili göbələklər zamanı, həm də dərinin göbələk zədələnmələrində ən faydalı təbii vasitə yenə də 20%–li propolis məhluludur. Belə ki, dərinin göbələk xəstəlikləri zamanı gündə 2 dəfə zədəli nahiyələr pambığa batırılmış propolis məhlulu ilə silinir. Daxilə isə gündə 3 dəfə 1 çay qaşığı yarım stəkan suya qarışdırılıb içilir. Propolis cövhərini daxilə qəbul edəndə təzyiqi salır yüksək təzyiqin müalicəsində propolis cövhərindən 1 çay qaşığı götürüb yarım stəkan suda həll edib içmək lazımdır.  Əgər daxildə (beyində,mədədə, bağısaqlarda  hansısa bir yaradan vəya travmadan sonra çapıxlaşma əmələ gəlibsə çapıq toxumasının əriməsi üçün propolis cövhərinin içilməsi çox faydalıdır. Propolisin bu faydasına diqqət yetirmək lazımdır çünki bəzən beyində əmələ gəlmiş çapıq toxuması illərlə insanda üzündəngetmələrə, baş ağrılarına, bəzən hansısa fermentin yüksəlməsinə (məsələn prolaktin) səbəb ola bilir.

– Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur.

–Propolisin tərkibindəki flavonoidlər və polifenollar onu xərçəngin müalicə və profilaktikasında faydalı edir.

– Dəri səpgilərində, sızanaqlarda, aknelərdə xaricə istifadə olunur.

– Mikrob      xəstəliklərində, revmatizmdə, revmatoid poliartritdə həm ağrıları azaltmaq üçün oynağa çəkilir, (oynaqlara ağrıkəsici və iltihab əleyhinə təsirli maddə kimi istifadə olunanda propolisin suda həll edilmiş variantından istifadə etmək lazımdır, çünki propolis suda həll ediləndə qətran hissəsindən ayrılır belə məhlulu dəriyə vuranda yapışmır. Xatırladım ki, propolisin suda həlli ev şəraitində alınmaz yalnız sənaye şəraitində hazırlanılmalıdır) həm də 20 faizli məhlulu daxilə qəbul olunur. Bu zaman propolis məcunundan istifadə etmək çox faydalıdır.

Hazırlanması:

50 və ya 100 qram propolis soyuducuda dondurulur, sonra sürtkəçdən sürtülərək keçirilir  və 1 kq bal ilə qarışdırılır. Üzərinə 100 qram çiçək tozu əlavə olunduqda daha keyfiyyətli qarışıq alınır.          

 Propolis məcunundan halsızlıqda, iştahasızlıqda, xroniki mədə-bağırsaq yaralarında, daxili orqanların göbələk zədələnmələrində, vitamin defisitində, sümük əriməsində, qadınlarda menstruasiya pozulması zamanı, yüksək xolesterində, hamiləlik toksikozlarında, revmatizmdə və prostat vəzin xəstəliklərində istifadə olunur. Prostat vəzin böyüməsi zamanı  qanda prostaqlandinlərin miqdarı artır, nəticədə də insan daim narahat və əsəbi olur, bədənində ağrı hiss edir. Toxumalarda prostaqlandinlərin miqdarını azaltmaq üçün ən təsirli vasitə propolis məcunudur.

Bu məcun, eyni zamanda bütün virus xəstəliklərində – müxtəlif mənşəli qriplərdə, hepatit A, B, C-nin müalicəsində çox faydalıdır. Həmçinin ağciyər xəstəlikləri zamanı, xüsusən də bronxitlər, vərəm, emfizemalarda istifadə oluna bilər.

Qadınlarda uşaqlıq eroziyaları zamanı 20%-li propolis məhlulundan 2 çay qaşığı götürüb  1 stəkan suya qarışdırılır və şırınqa edilir.

Buzluqda dondurulub toz halına salınmış 20 qram propolis istifadə olunan şampunun içinə əlavə edilir. Bu şəkildə zənginləşdirilmiş şampun kəpəklənmə və seboreya əleyhinə çox faydalıdır.

20%-li propolis məhlulunun hazırlanması:

20 qram propolisi 100 qram 70 faizli spirtin içində həll edib (yaxşı həll olunması üçün 2 həftə gözləmək lazımdır və gündə 1, 2 dəfə qarışdırılmalıdır)  pambıqdan süzün, qətrandan təmizləyin, 50-60  dərəcəyədək isidib kənara qoyun, bu zaman tərkibindəki spirt uçacaq, bundan sonra istifadə edə bilərsiniz.

Qulaq infeksiyaları zamanı bu məhluldan gündə 3 dəfə hər dəfə 1-2 damcı qulağa tökə bilərsiniz.

Sinir ağrısı, üçlü sinir iltihabı, müxəlif mənşəli nevritlər və nevralgiyalar zamanı həm xaricə kompres edə bilərsiniz, həm daxilə məcun və ya məhlulundan qəbul edə bilərsiniz.

Ailələrdə bəzən böyük bir problemə çevrilən erkən boşalma zamanı propolisin sulu  məhlulundan xaricə istifadə olunur.

Mədə-bağırsaq yaraları zamanı propolis məhlulu əvəzolunmazdır. Bu zaman gündə 3 dəfə yeməkdən 1 saat  əvvəl 20%-li  propolis məhlulu yarım stəkan suya qarışdırılıb içilir. İçəndən sonra hər böyrü üstdə 1 dəq uzanaraq fırlanmaq propolisin mədənin bütün daxili divarlarına dəyərək yara və erroziyaların daha tez sağalmasına səbəb olur.  Bu qarışım, hətta helikobakter pilorinin inkişafının qarşısını alır.

 

Paylaş: