Faydalı Ümumi Bitkilər

Xurmanın faydaları (ikinci yazı)

Xurmanın faydaları (ikinci yazı)

Xurmanın insan orqanizmi ilə qohumluğu barədə yazmaq istəyirəm. Deməli, xurma da insan kimi 70-80 il yaşaya bilir. Bar verən dişi xurmalar 9-10 ildən sonra məhsul verməyə başlayırlar. Xurma ağacının tozlanması da maraqlıdır. Belə ki, yazda dişi xurmaların koğuşunda bir yarıq əmələ gəlir, əvvəldən toplanmış xurma tozcuqları həmin yarığa tökülür, üzəri bağlanır və bir ildən sonra həmin yarıqdan kiçik xurmalar əmələ gəlməyə başlayır. Həmin xurmalar mütləq ana xurmanın yanına əkilməlidir, başqa yerə əkiləndə bitmir və eyni zamanda bar verməyə az qalmış həmin tingləri çıxarıb başqa yerə əkmək olur. Necə deyərlər: “Tam bir insan həyatı”.

Erkək xurmaların hazırladığı çiçək tozcuqları da çox maraqlıdır. Buna ərəblər tal deyirlər. Tal formasına və iyinə görə kişi mənisinə oxşayır. İstər kişi, istər qadın sonsuzluğunda çox faydalı bir vasitədir. Kişilərdə prostat vəzin iltihabı, cinsi zəiflik və sonsuzluq zamanı balla qarışımı yeyilir. Tərkibində sinkin miqdarı çox olduğundan balqabaqla müqayisədə 6-8 dəfə daha təsirlidir. Tal ümumi yorğunluq, halsızlıqdan əziyyət çəkənlər və imtahana hazırlaşan tələbələr üçün əvəzolunmaz qidadır. Hafizəni, yaddaşı və diqqəti artırır.

Xurma tozcuqlarının dadı çoxda xoşagəlməz olduğundan aşağıdakı məcunu hazırlayıb zəif spermotogenezdə istifadə edə bilərsiniz.

Xurma tozcuqları - 150 qram

Güləm  - 100 qram

Zəncəfil - 50 qram

Jenşen - 50 qram

Bal şabalıd vəya qaratikan  - 1kq 300 qram

Bitkilər quru olmalı, hamısı narin üyüdülməli və balla yaxşı-yaxşı qarışdırılıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı yeyilməlidir. Məcundan istifadə etdikdən sonra spermoqramma edilməli, əgər zəiflik yenə davam edərsə məcunu təkrar hazırlayıb istifadə etmək lazımdır.

Bəzən sonsuzluğun səbəbi dölün ana bətnində qalmaması, yəni tez düşməsi olur. Belə olan hallarda həm kişi, həm də qadın gün ərzində 10-15 ədəd Mədinə xurması yeməli və hər gün yedikləri xurmaların tumlarını əzib 1 stəkan süddə bişirib içməlidir. Bu zaman döl uşaqlıq divarına möhkəm yapışır və düşmür.

Ləzzətli xurma kokteyli resepti.

4-5 ədəd xurmanın qabıqları soyulur, tumu çıxarılır, 1 stəkan yağlı südlə blenderlə qarışdırılır, kokteylimiz hazırdır.  Bu kokteyl çox dadlı olur. Həmin kokteyli bir ərəb qonağım üçün hazırladım, dadına heyran oldu və “Bizim hər yerimiz xurmadır, amma bunu ilk dəfədir içirəm”- dedi.

Paylaş: