Zaman keçdikcə həyat şərtləri dəyişir, biri deyir – axşamlar yemək olmaz, biri deyir – olar, başqa biri axşamlar meyvə yemək olar deyir, başqa birisi olmaz deyir, bunu daha da uzatmaq olar, məsələn su içmək, şərbətlər içmək, şirin və ya turş meyvələr yemək – bütün bunlar həqiqətən günümüzdə hər gün müzakirə olunan mövzulardır.

Tarixən Qafqaz xalqları səhər işə gediblər, axşam evə gəlib hamı süfrə qarşısında birlikdə ən ləziz yeməklərini axşamlar yeyiblər, indi əksər dietoloqlar axşam yeməyinin qəti əleyhinədirlər və ya axşamlar çox az salatlarla kifayətlənməyi məsləhət görürlər. Bu yerdə Həzrəti Cabirdən (Allah ondan razı olsun) nəql olunan hədisi nəzərinizə çatdırım. Söyləyir ki, “Peyğəmbərimiz (Allahın salat və salamı üzərinə olsun) belə demişdir: Axşam yeməyini buraxmayın, bir ovuc xurma da olsa axşam yeyin. Çünki axşam yeməyini tərk etmək, insana vaxtından əvvəl qocalıq gətirər. (İbni Məacə Sünen 3355 Hds 6992)” Bəli, axşam yemək yemək lazımdır, sadəcə diqqət olunası məsələlər var. Axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl yeyin, suyu yeməkdən sonra için, meyvəni yeməkdən 1-2 saat sonra yeyin, çünki meyvələrin həzmi daha tezdir. Yemək yeyən kimi yatanda həm bədəndə piylənmə gedir, həm də maddələr mübadiləsi pozulur, yeyən kimi yatanda yuxu dərin olmur. Su içən kimi yatmaq böyrəklərə ziyandır. Bəzi adamlar yuxudan ayılan kimi su içib yenə yatırlar, bu da düzgün deyil, hətta bu haqda hədis də vardır. Deməli hər iki yuxu arasında suyun içilməsi, böyrəklərin tez sıradan çıxmasına səbəb olur.

(2,859 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.