Mədə-bağırsaqla bağlı məsləhətlər

Mədə-bağırsaq problemlərinin təbii çarələri

Mədədə qıcqırma və turşuluq yüksək olduqda zəncəfil, çobanyastığı, nanə və biyan kökünün hərəsindən 1 çay qaşığı götürülür, 3 stəkan su tutan termosda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Mədə nahiyəsində sancılar olan zaman əl mədə üstünə qoyulub dəyirmi formada masaj edilir, sancı keçməsə 1 çay qaşığı darçın 1 xörək qaşığı bal ilə qarışdırılıb yeyilir.

Daimi mədə qıcqırması və köp olduqda yemək yeyən zaman ağızdakı tikə 30 dəfə çeynənilir, bu zaman ağız suyu yeməyə daha yaxşı qarışır, ağız suyu qələvi xassəli olduğundan mədə turşusunu neytrallaşdırır və həzm rahat gedir. Köp varsa bol-bol turp yeyilir, bu tərəvəz həm ödün tərkibini durulaşdırır və həzmi yaxşılaşdırır, həm də öd daşlarının əriməsinə səbəb olur. Boymadərən, qaraqınıq, zəncəfil və razyananın hərəsindən 1 çay qaşığı 3 stəkan su tutan termosda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Ürəkbulanma olduqda, xüsusən də hamiləlik zamanı içilən bütün mayelərə (çay, su, şirə, hətta salatlar və yeməklərə) 1-2 çimdik zəncəfil tozu qarışdırmaq faydalıdır.

Mədə-bağırsaq problemlərinin təbii çarələri

Bağırsaq mənşəli yaralar və xoralarda, hətta qeyri-spesifik xarakterli olduqda belə boymadərən, gülümbahar, quşəppəyi (qanaxma olarsa) bitkilərinin hərəsindən 1 xörək qaşığı 3 stəkan su tutan termosda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Bütün mədə-bağırsaq problemlərində 3 xörək qaşığı zəyərək toxumu 3 stəkan su tutan termosda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu çay babasilin, kolitin, qastritin və qəbizliyin müalicəsində də effektlidir.

Səhər yeməyindən 1 saat əvvəl 2 stəkan suya hər stəkana 1 çimdik dağ duzu (Naxçıvan duzu) qarışdırıb oturaq vəziyyətdə yavaş-yavaş içilməsi həm mədə bağırsağn normal işləməsinə səbəb olur, qəbizliyi və köpü götürür qastrit və kolitlərin müalicəsində effektli təsir göstərir.

Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qarazirə yağının içilməsi bağısaq divarını möhkəmləndirir. 

Yeni doğulmuşlarda köp və qusmanın olması təbiidir və bu zaman qorxmağa dəyməz. Köpün səbəbi bağırsaq mikroflorasının hələ tam inkişaf etməməsidir. Bu zaman hərəsindən 1 çimdik razyana və qaraqınıq bitkilərini yarım stəkan suda dəmləyib yeməkdən əvvəl körpəyə vermək olar.

100 qram zeytun yağına 1 çay qaşığı nanə, 1 çay qaşığı bibəriyyə tökülür, adi çay kimi 20 dəqiqə dəmlənir, 1 gün sonra süzülür, bu yağ ilə köp olan zaman uşağın qarnı masaj edilir

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.