Soğanın iyindən necə xilas olmaq olar?

soğanın iyi

Soğanın faydaları haqqında əvvəlki məqaləmdə geniş yazmışam. Amma soğanın faydalarının qarşısını soğan yedikdən sonra ağızdan gələn iy alır. İyə görə çox insan soğanın faydalarından mərhumdur.

Bəs soğanı necə yemək lazımdır ki, həm faydalı olsun, həm də ağızdan iy gəlməsin?

Çox sadə. Deməli, dənələnmiş və ya adi narı sıxıb şirəsini çıxarın, soğanı soyub kiçikdirsə bütöv, böyükdürsə ortadan bölüb nar şirəsinin içinə atın, 2-3 gündən sonra nar şirəsindəki soğanı yemək olar. Bu həm çox dadlı olur, həm də ağızdan iy gəlmir, soğanın faydaları isə olduğu kimi qalır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.