Anal çatların çarəsi

anal çatlar

Anal çatlar uzun sürən qəbizlikdən, hamiləlik və doğuşdan, babasildən sonra əmələ gələ bilir. Müalicə olunmadıqda illərlə çəkir və hətta daha da ağırlaşa bilir. Bugün anal çatlar əsasən cərrahi üsulla müalicə olunur, dərmanlarla müalicə demək olar ki, nəticə vermir. Cərrahi müalicənin ağırlığını nəzərə alanda bitki müalicəsinin daha da əlverişli olması nəzərə alınmalıdır.

Birinci növbədə qəbizliyin qarşısı alınmalıdır. Bunun üçün Qafqaz kefiri əvəzolunmaz bir vasitədir, çünki çat zamanı bəzən bağırsaq mikroflorası da pozula bilir, kefir pozulmuş mikrofloranı normallaşdırır. Deməli, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan Qafqaz kefiri içilir və hər stəkana 1 çay qaşığı üyüdülmüş zəyərək toxumu qarışdırılır. Zəyərəyin tərkibindəki selik bağırsaq divarını bürüyür və çatın genişlənməsinin qarşısını alır.

İkinci növbədə 50 qram keçi piyi, 50 qram arı mumu, 30 qram zeytun yağı, 30 qram çaytikanı yağı,  1 çay qaşığı İran xınası, 20 qram propolis, 1 çay qaşığı palıd qabığı tozu götürülür, piy və mum əridilir, sonra propolis əlavə olunur, bitki tozları çox narın üyüdülərək qarışığa əlavə olunur, qarışdırılır, od üzərindən götürülür, ikiqat tənzifdən süzülür, sonra şam formasına salınır və soyuducuya qoyulur. Hər gün axşam və səhər  1 ədəd şam düz bağırsağa yeridilir.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.