Arıdan xəbərsiz ballar – Təmiz bal necə olur?

təmiz bal

Bir dəfə işdə saxta bal hazırladıq və iş yoldaşlarımıza dadmaq üçün verdik; – Baxın, necə baldır? Hər kəs bir ağızdan əladır, dedilər və maraqlıdır ki, hər kəs də almaq istədi. Sonra saxta olduğunu dedik, biləndən sonra sizdən gözləmədiyimiz üçün belə etdik, dedilər.

Deməli, bu gün sənayeləşmə o qədər inkişaf etmişdir ki, həqiqətən təmiz bal ilə saxta bal heç bir-birindən ayrılmır. Deməli, bal aromasından tutmuş müxtəlif bitkilərin aromaları ayrıca olaraq qlükoza, fruktoza, qalaktoza və s. kimi balın tərkibləri sintetik üsullarla alınıb, şəkər tozundan hazırlanılmış şərbətə qarışdırılır və saxta bal hazırlanılır.

Amma bəzi adamlar düşünər ki, elə təmiz balın tərkibində bunlar vardırsa və bu maddələr saxta balın da tərkibində vardırsa onda saxta bal yeməyin nə zərəri var. Deməli, saxta bal bildiyimiz kimi adi şəkər tozundan bişirilmiş qatı bir şərbətdir, burada təbii bitki nektarından söhbət belə gedə bilməz. Zahirən təbii bala bənzəsə də insan orqanizminə çox ziyanlıdır, daimi istifadə zamanı şəkər xəstəliyinə qapı açır.

Təmiz balı necə tanımalı:

  • Balı qaşıqla götürün, bu zaman balın nazik tellərlə dartıldığını görəcəksiniz. Əgər tellər tez qırılırsa və qırılan kimi sürətlə dartılırsa bu keyfiyyətsiz baldır;
  • Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmır, saxta bala qarışmış sintetik esens ətirləri isə belə deyildir;
  • 1 qaşıq balı 1 stəkana qoyun və üstünə qaynar su tökün, keyfiyyətli bal tez dağılmır, eləcə də suya tez qarışmır, saxta bal isə belə deyildir;
  • Saxta bal dartıldığında hörümçək toru kimi havada uçar;
  • Saxta bal qırıq-qırıq axar, təbii bal isə davamsız qırılmadan axar;
  • Təbii bal ilə şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.

Yenədə bal aldıqda balın analiz nəticələrinə baxın, hazırkı dövrdə çox ucuz qiymətə ballarınızı Herba Flora firmasının laborotoriyasında yoxlatdıra bilərsiniz.  Bu daha əmin və güvənli bir üsuldur.

Bal 1001 dərdin dərmanıdır, bal alanda əmin bir yerdən alın. Bal alarkən yuxarıda sadaladıqlarıma fikir versəniz aldanmazsınız.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.