Bronxit əleyhinə məcun

bronxit əleyhinə məcun

Bildiyimiz adi bir öskürək daha da ağırlaşanda xroniki bronxitə çevrilir. Bronxit öskürəkdən daha çox ağır bir xəstəlikdir, beləki bəzən illərlə hətta 10 illərlə çəkə bilir. Bəzi hallarda bronxit astmaya da çevrilə bilir. Xroniki bronxit zamanı aşağıda yazdığım bu məcundan istifadə edə bilərsiniz, bu məcun artıq sınaqdan çıxmış bir məcundur bronxit və astmalarda çox effekli təsiri vardır.

  • Qarazirə tozu —— 50 qram
  • Ud hindi tozu ——— 50 qram
  • Andız kökü tozu —— 40 qram
  • Biyan kökü tozu —— 40 qram
  • Propolis (vərəmum) – 50 qram
  • Zəncəfil tozu ———– 40 qram
  • Bal ———————— 500 qram
  • Keçibuynuzu bəkməzi – 500 qram

Bitkilərin hamısı quru toz formasında olmalıdır bal və bəkməzlə bir birinə qarışdırılır. Propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb sürtkəçdən keçirib məcuna qarışdırın, məcundan böyüklər gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 orta xörək qaşığı uşaqlar isə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeməlidirlər məcun qurtarana qədər. Xatırladım ki, məcun həmdə çox əla bir immunitet gücləndiricidir.  Məcundan bronxit xəstələri ilə yanaşı xroniki bronxit, allergik bronxit (əgər məcunun içindəkilərə qarşı allergiya yoxdursa), və astma xəstələri də istifadə edə bilərlər.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.