Burun qanaması zamanı təbii çarələr

burun qanaması

Əvvəlcə burun qanamasının səbəbləri bilinməlidir. Çox hallarda burun qanamaları orqanizm üçün faydalıdır və qanamalar  bədənimizin müdafiə müqaviməti ola bilər, məsələn:

  • Yüksək təzyiq zamanı burun qanaması. Bu zaman qanamaya müdaxilə etmək düzgün deyil 
  • Alın cibində və haymor ciblərində iltihabın olması. Bu daha çox güclü soyuqdəymə nəticəsində əmələ gəlir bu zamanda burun qanamasının olması faydalıdır.
  • Qan çox qatı çox duru olanda. Maraqlıdır ki qan çox qatı olandada tez tez burun qanaması ola bilər bu zaman burun ətraflarına alına boyuna zəli qoyulması effektlidir. Qan çox duru olanda da burun qanamaları ola bilər bu ,zaman qan tez tez və çox uzun bir vaxtda kəsir. Adi qan laxtalanması analizində qanın qatılaşması vəya durulaşmasını biləndən sonra müalicəyə başlamaq lazımdır qan çox duru olanda quşəppəyi dəmləməsinin içilməsi və ya gündə 3 dolu çay qaşığı küncüt yeyilməsi faydalıdır.
  • Bəzən səbəbsiz yerə daha çox uşaqlara burun qanamaları olur bu tip qanamalar tez tez oldiğundan valideynləri narahat etməyə başlayır. Bəzən belə hallarda burunun qanama mərkəzini yandırırlar. Yandrmaq deyəndə Argentiumnitratı pambığa batırıb buruna qoyulur bu zaman burun dəliklərindəki qanamaya səbəb olan kapilyarlar sıradan çıxarılır yəni damarlar büzüşür. Bu üsul risqli bir üsuldur çünki bundan sonra bədən özünü qorumaq üçün burun qanaması kimi müqavimətdən məhv olur.Səbəbsiz və tez tez burun qanaması zamanı alın və burun üstünə soyuq əsgi qoymaq faydalıdır.

Nar qabığını təxminən 1 xörək qaşığı yarım stəkan suda qaynadıb ovuca alıb buruna çəkmək vəya pambığa batırıb buruna qoymaq faydalıdır.Pambıq parçanı yandırıb vəya adi siqaret külünü suya batırılmış pambığa töküb buruna qoymaq faydalıdır.Başın ənsə nahiyyəsinə soyuq su vəya suya batırılmış əsgi qoymaq faydalıdır.Əncir yarpağı qurudulub toz formasına salıb evinizdə saxlayın burun qanaması vaxtı  uruna toz tökülməsi qanamanı dayandıracaqdır.1 çay qaşığı sirkə 2 xörək qaşığı su 3 çimdik duz bir birinə qarışdırıb qanama zamanı buruna damızdırılır vəya ovuca tökülüb buruna çəkilir. Burun qanamaları zamanı başı alın üstündən dairəvi istiqamətdə bağlamaq faydalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.