Zəli ilə müalicənin əhəmiyyəti – Təklif

zəli qoyulma qaydası

Zəli ilə müalicənin geniş yayılması

Dünyanın bir çox dövlətlərində zəli müalicəsi araşdırılsada müsbət effektləri ortaya çıxsada rəsmi olaraq Səhiyyə nazirliklərinin müalicə protokollarına salınmır. Əvvəla onu deyim ki, zəli və hicama müalicələri xroniki xəstəliklərin bir çoxunda uğurla tətbiq edilir və günümüzdəki dərman müalicələri ilə nəinki rəqabət aparır hətta dərman müalicələrindən qat qat daha yaxşı təsir göstərməkdədirlər. Xroniki xəstəliklərin müalicəsində kimyəvi dərman preparatlarından dəfələrlə ucuz başa gəlir. Bəli günümüzün reallığı budur ki, İnkişaf etmiş və inkişafda olan dövlətlərin Səhiyyə Nazirlikləri böyük dərman firmalarının təsirləri altındadırlar, bu firmaların o qədər büdcələri varki və dərman istehsalına o qədər qadağalar qoyublarki demək olar aparıcı dərmanların 90 faizi bu firmaların nəzarətlərindədir. Bu firmalar həkimlərlə daima müxtəlif konfranslarda görüşlər təşkil edərək dərmanlarını tanıdır dövtlətlərin Səhiyyə Nazirliyinin protokollarına salınır və beləcə büdcələrini daima şişirdirlər. Bizim Azərbaycan Dövləti olaraq milli müalicə konsepsiyamız olmalıdır. Bizlər bu üsullarını yaşatmaqla bərabər həmdə inkişaf etdirməliyik.

Hindistanda, Çində, Tayvanda, Rusiyada belə bir konsepsiyalar var öz müalicə üsullarını yaddan çıxarmamaqla bərabər həmdə inkişaf etdiririlər. Azərbaycanda olan təbiət, iqlim qurşaqları hansı bir ölkədə var, amma biz bu ana təbiətdən necə istifadə edirik. Ölümlərini gözləyən yüzlərlə xərçəng xəstələri gözlərini Qərb dövlətlərinə dikiblərki, görək hansı dərman kəşf olunacaq amma bizdə bol antioksidantlı dərman bitkilərimizi tanıyan yoxdur. Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur. Əslində mən o həkimləri qınamıram. Çünki bitki haqqında məlumatlı deyilər. Amma olmazmı hansısa bir kimyəvi sistemlərdən sonra dərman bitkilərindən ibarət kompleks müalicə proseduru da təyin olunaydı. Əlbətdəki olar həmdə çox faydalı olar. Ən azından bu bitkilərin tərkibindəki antioksidantlar elm tərəfindən sübut olunub və oda elmə məlumdur ki, bol antioksidant bol günəş və zəngin minerallı torpaq örtüyü olan ərazilərdə daha çox olur məncə hər şey aydındır. Yenədə Allahın bizə verdiyi amma dəyərini dəyərləndirə bilmədiyimiz doğma diyarımız Azərbaycanda bol günəşdə vardır zəngin minerallı torpaq örtüyüdə.

Zəli ilə müalicə barədə təklif

Sonda təklifim odurki, heç olmasa dövlətimiz bu kimi işlərə pul ayırmasada milli bir konsepsiya hazırlasınki, iş adamları öz hesablarına bu konsepsiyalara əsaslanaraq müxtəlif qidalanma mərkəzləri, sanatoriyalar, hicama, zəli, arı sancma mərkəzlərini bir arada toplayaraq müalicəvi bədən tərbiyəvi mərkəzlər aça bilsinlər. Bu kimi mərkəzləri açmaqla həm dövlətimizi dünya səviyyəsində daha yaxşı tanıda bilərik həmdə bol turist axımına səbəb ola bilərik.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.