Daban çatlaması

Daban çatlaması

Bəzən illərlə sağalmayan daban çatlamaları dəridə karotinin və mineralların çatışmazlığı nəticəsində əmələ gəlir. Zaman keçdikcə dəriyə elastiklik verən liflər parçalanır, həmçinin onun möhkəmliyini təmin edən kollagen liflərin dağılması baş verir, nəticədə dərinin tamlığı pozulur, çatlayır və müalicəyə çox çətin tabe olur.

Daban çatlarının qarşısını almaq üçün sadə, təbii bir üsulu nəzərinizə çatdırıram. Çatın böyük və kiçikliyindən asılı olaraq müəyyən miqdar keçi piyi ocaqda azca əridilir, sonra həmin miqdar qarazirə yağı əlavə olunub oddan götürülür, bir-birinə yaxşı-yaxşı qarışdırıb dabanlar gündə bir dəfə həmin qarışımla masaj olunur. Başqa bir resept: 3 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, soyudulur, süzülür, soyuducuya qoyulur. Pambıqla çatlara gündə 2 dəfə vurulur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.