Daxili bağırsaq çatı üçün çarə

bağırsaq çatı

Bağırsaq çatları daha çox xanımlarda hamiləlik zamanı əmələ gəlir və çox üzücü bir xəstəlik olub illərlə müalicə olunmasına baxmayaraq müalicəyə tabe olmur.

Kişilərdə də əmələ gələ bilir, daha çox babasildən sonra əmələ gəlir. Daxili babasil çatı üçün həm vanna, həm Şam yazıram, yaxşı olar hər ikisindən birlikdə istifadə olunsun, amma ayrı-ayrılıqda da istifadə edə bilərsiniz. Deməli hər gün bir dəfə 3 litr süd qaynadılır, içinə 6-9 ədəd böyük kiçikliyindən asılı olaraq baş soğan atılır, 15 dəq vam odda qaynadılır, sonra bu südlə vanna edilir, gündə 1 dəfə yarım saat vanna edilən zaman süd soyuyarsa üstünə qaynar su əlavə edə bilərsiniz.

Lazım olanlar:

  • Propolis 20 qram,
  • Kakao yağı 100 qram.

Hazırlanılması:

Kakao yağı əridilir, sonra propolis əlavə olunur, yaxşı qarışdırılır, oddan götürülür. Şam hazırlanılır, axşam yatmazdan əvvəl bir ədəd şam düz bağırsağa qoyulur. Müalicə müddəti 20-30 gündür.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.