Dəmirtikan və onun faydaları

dəmirtikan bitkisi

Dəmirtikan (lat. Tribulus) – Azərbaycanda çox bitməsinə baxmayaraq az istifadə olunan, lakin olduqca faydalı bitkidir. Başqa bitkilərdə olmayan özəllikləri var. Dəmirtikanın tərkibində olan tribulus adlı maddə hipofiz vəzin fəaliyyətinin pozulması nəticəsində səviyyəsi azalan testesteronun qanda miqdarını artırır. Maraqlıdır ki, bəzən hipofiz vəzdə əmələ gələn şişin təsirindən qanda testesteron səviyyəsi arta da bilər, həmin halda da dəmirtikanın istifadəsi məsləhət görülür.

dəmirtikan
Dəmirtikan bitkisinin toxumları

Tribulus maddəsi qaraciyər fermentlərinin aktivliyini artırır, qaraciyərdə piylənmənin qarşısını alır. Kişilərdə cinsi istəyi və cinsiyyət üzvünün sərtliyini artırır, prostat vəz hiperplaziyalarında vəzin ölçülərini kiçildir.

Çobançökdürən bitkisi qadınlarda uşaqlıq ölçülərini böyüdür. (Bəzi qadınlarda uşaqlıq normadan balaca olduğundan hamiləlik baş tutmur). Çobançökdürən qadınlarda  həm də hormonal pozğunluqlarda da istifadə edilir.

Hamiləlik zamanı baş verən düşüklərin qarşısını almaq üçün istifadə oluna bilər.

Həqiqətən də dəmirtikan təsir xüsusiyyətləri heç bir bitkiyə bənzə-məyən qeyri-adi bitkidir.

Tərkibində alkaloidlər çox olduğundan gündə yalnız 1 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilməsi məsləhətdir. Artıq qəbulu zəhərlənmə verə bilər, ehtiyatlı olun!

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.